Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-463/2022 26.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Qobustan rayonunun Çalov kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi barədə 26 sentyabr 2022-ci il tarixli, İXP ******* saylı protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 04 sentyabr 2022-cı il tarixdə saat 17 radələrində Qobustan rayonu Çalov kəndində yerləşən kafedə olarkən X3 ilə aralarında oyun oynamaq səbəbindən mübahisə baş vermiş və mübahisə zamanı o, Şamil Fərəcovun ünvanına nalayıq ifadələr işlədərək onu təhqir etmişdir. Bundan sonra həmin günü saat təxminən 21:30 radələrində Şamil Fərəcovun evinə getməmişdir. Etdiyi əməlin səhv olduğunu başa düşür. Zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, 04 sentyabr 2022-cı il tarixdə saat 17 radələrində o, Qobustan rayon, Çalov kəndində yedəşən kafedə olmuş, həmin vaxtı Şəxs da orada olmuşdur. Bır qədər həmin kafedə oturduqdan sonra Şəxsla aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Qabil onun ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdir. O isə heç bır söz demədən öz evinə getmişdir. Həçin günü o evdə olarkən saat təxmmən 21:30 radələrində Şəxs onun evinə gəlmiş və onu öldürəcəyi ilə hədələmişdir. Qobustan rayon polis şöbəsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hətta izahatı alınmamış, hadisəni görən şəxslər dindirilməmişdir. Bununla da yuxarıda göstərilən hallara düzgün hüquqi qiymət verilmədiyi, Şəxs barədə xüsusatlar tam və hərtərəfli araşdırılmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Şamil Fərəcovun ünvanına ictimai yerdə-kafedə nalayiq ifadələr işlətməsi və zor tətbiq edilib-edilməməsi, X2 öldürməklə hədələməsi tam və hərtərəfli aydınlaşdırılmaqla hüquqi qiymət verilməlidir. Çünki Şəxs əməlində cinayətin əlamətləri vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, əməldə cinayət tərkibi olduğuna görə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə material Qobustan rayon prokurorluğuna göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında 26 sentyabr 2022-ci il tarixli İXP ******* saylı protokol üzrə inzibati material Qobustan rayon prokurorluğuna göndərilsin. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-463/2022
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-463/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver