Məhkəmə qərarları › İş №3(026)-465/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-465/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-465/2022 26.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 28 avqust 2000-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDi: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 24 sentyabr 2022-ci il tarixdə sərxoş vəziyyətdə Qobustan rayon Polis şöbəsinin binasında Qobustan rayon PŞ-inin İQnun təhqiqatçısı Ağasən Baratovun xidməti otağında səs-küy salaraq polisin qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 24 sentyabr 2022-cı il tarixdə toy mərasimində spirtli ıçkı qəbul etdiyinə görə sərxoş vəziyyətdə olmuş və həmin günü Qobustan rayon Ərəbqədim kəndi ərazisində həmkəndliləri Qamət və onun qohumları ilə aralarında mübahisə baş vermişdir. Asəf adlı şəxs onun barəsində Qobustan RPŞ-yə müraciət etdiyinə görə polis əməkdaşları ondan izahat almaq məqsədilə onu Qobustan RPŞ-yə dəvət etmişlər. Qobustan RPŞ-yə gəldikdən sonra inzibati binada və Ağasən Baratovun otağında səs-küy salmağa və Ağasən Baratovu itələməyə başlamışdır. Polis əməkdaşlarının onu dəfələrlə nizamintizama dəvət etməsinə baxmayaraq sərxoş olduğuna görə öz hərəkətlərinə nəzarət edə bilməmişdir. Qobustan RPŞ-də izahatını alan polis əməkdaşı Ağasən Baratova qarşı zorakılıq hərəkətləri etməsini və onun xidməti otağını dağıtmasını qismən xatırlayır və etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, Qobustan rayon polis şöbəsində işləyir. 24 sentyabr 2022-cı il tarixdə şöbənin həyətində olarkən Qobustan Rayon Polis X2 təhqiqatçısı Ağasən Baratovun otağında səs-küy gəldiyini eşidib ora getmiş və həmin vaxtı Qobustan rayonunun Ərəbqədim kənd sakini Şəxs orada uca səslə qışqıraraq otaqda olan sənədləri dağıtdığını görmüşdür. Onu nizam-intizama dəvət etsələr də Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar