Məhkəmə qərarları › İş №3(026)-47/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-47/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-47/2021 19.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, zərərçəkmiş şəxslər X10, X9 və X3 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasında uca səslə söyüş söydüyünü, nalayıq ifadələr işlədərək polisin fəaliyyətinə maneçilik törətdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. Xalası oğlu X15 rayon polis şöbəsində olan müraciətinə düzgün baxılmadığı üçün əsəbi olmuşdur. Əsəbi olduğundan əlini divara vurduğu üçün əlindən qan axmışdır. Bu zaman yanında olan xalası oğlu qorxduğu üçün DİN-nin 102 xidmətinə zəng etmişdir. Həmin vaxtı hər ikisi spirtli içki qəbul etmişdir. Polis əməkdaşları Nabur kəndinə gəlib onları polis şöbəsinə aparmışlar. Onu nizamintizama dəvət edən polis əməkdaşlarına tabe olmamışdır, lakin nalayiq sözlər işlətməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X10 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 22 radələrində Qobustan rayon Nabur kənd sakini X12 DİN-in 102 xidmətinə zəng edərək qohumu X4 intihar etmək istədiyini bildirmişdir. Həmin məlumatın icrası ilə əlaqədar olaraq Qobustan RPŞ-nin TQ-nun təhqiqatçısı X9 və Qobustan RPŞ-nin NHnin sürücüsü X6 ilə birlikdə X2 Qobustan rayonun Nabur kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Lakin həmin evə çatdıqda Zahidov Elməddinin spirtli içkinin təsiri altında onların ünvanına söyüş söymüşdür. Həmin vaxt Qaniyev Ruhan həyətdən evə daxil olaraq ünvansız söyüşlər söyməyə başlamış və onu nizam intizama dəvət etsələr də onların qanuni tələblərinə məhəl qoymadıqlarına görə onları polis şöbəsinə dəvət etmişlər. Elməddin Zahidov və Ruhan Qaniyev polis şöbəsinə könüllü gəlmiş və polis şöbəsinin inzibati binasında spirtli içkinin təsiri altında səs-küy salmağa başlamışlar. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X9 X7 izahatına uyğun eyni məzmunlu izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, M.H. Qəribov Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon mərkəzi xəstəxanası” X18 verdiyi xx xxxxxx 2021-ci il tarixli 264 saylı aktdan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXMin 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar