Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-48/2021 22.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1968-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Xilmilli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda Qobustan rayonunun Xilmilli kənd sakini Şəxs xx xxxxxx 2021-ci il tarixdə oğlu Niyazi Əliyevi döydüyü göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, oğlu Niyazi Əliyev ilə Qobustan rayon Xilmilli kəndində yerləşən evində birlikdə yaşayır. Oğlu Niyazi ilə aralarında münasibətlər daima pis olmuşdur. 2014-cü ildən bu yana oğlu Niyazi 2-ci qrup əlil kimi qeydiyyatdadır. Oğlunun psixi xəstəliyi olduğuna görə Dövlət tərəfindən əlilliyə görə aylıq müavinət təyin edilmişdir. Oğlu Niyazi təyin edilən müavinəti lazımsız yerlərə xərclədiyinə görə kartı Niyazidən almışdır və aylıq olaraq Niyaziyə lazım olduqca pul verir. Oğlu Niyazi hər gün gəlib ondan lazımsız yerlərə xərcləmək üçün pul istəmişdir.xx xxxxxx 2021-ci il tarixdə yenidən Niyazi ona yaxınlaşıb pul istədikdə aralarında mübahisə yararınmışdır. Bu zaman o, oğlu Niyazinin onun yanında siqaret çəkdiyini görmüş və əsəbiləşərək onu itələyib evdən çölə çıxarmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxs Niyazi Əliyevlə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Qobustan rayonunun Xilmilli kəndində atası İmranla birlikdə yaşayır. Atası İmranla aralarında daima mübahisələr baş vermişdir. xx xxxxxx 2021-ci il tarixdə Qobustan rayonu Xilmilli kəndində yerləşən evlərində olarkən atası İmranla aralarındakı şəxsi münasibətlərdən mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı atası İmran onun üzünün sol tərəfindən yumruqla zərbə vuraraq onu döymüşdür. Bundan sonra isə o, hadisə barədə polisə məlumat vermişdir. Hazırda atası Şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə Qobustan rayon polis şöbəsinin xx xxxxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, X3 əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərarın surətindən görünür ki, Şamaxı rayon MTE və PA Birliyinin xx xxxxxx 2021-ci il tarixli 16 saylı rəyində göstərilir ki, X2 məhkəmə tibbi müayinəsi zamanı bədənində heç bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati xəta törədən X5 zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-48/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-48/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver