Məhkəmə qərarları › İş №3(026)-49/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-49/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-49/2021 24.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 2000-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Bəklə kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 01:20 radələrində Qobustan şəhərinin H. Əliyev prospektində idarə etdiyi VAZ 2107 markalı 10 KM-141 dövlət qeydiyyat nişanlı avtomaşını yüksək sürətlə idarə edərək avtoxuliqanlıq etmiş və polis əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq həmin yerdən uşaqlaşmışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayonunun Cəngi kəndində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan şəhərinin H. Əliyev prospektində yaşayan dayısıgildən çıxıb evlərinə gedərkən avtomaşını yüksək sürətlə idarə etmiş, arxasınca gələn yol polis əməkdaşları ona saxla işarəsi versələr də, qorxduğu üçün avtomaşını saxlamamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə polis əməkdaşları Ceyhun Ağaliyev və Emil Həsənovla birlikdə PPX-nin patrul avtomaşını ilə Qobustan şəhərində xidmətdə olarkən saat 01:20 radələrində şəhərin H. Əliyev prospektində VAZ-2107 markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü, adını sonradan bildiyi Şəxs avtomaşını yaşayış məntəqəsində yüksək sürətlə müxtəlif hərəkətlər edərək yol hərəkəti qaydalarını kobud sürətdə pozduğunu görüb səs gücləndirici vasitəsi ilə avtomaşının sürücüsünə saxla işarəsi versələr də sürücü onların qanuni tələblərinə tabe olmayaraq avtomaşını saxlamamışdır. İşdə olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon Mərkəzi Xəstəxanası” X2 spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli 266 saylı aktdan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati qaydada inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar