Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-493/2022 10.10.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 10 oktyabr 2022-ci il tarixdə Qobustan şəhərində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 10 oktyabr 2022-ci il tarixdə saat 15:16-da yaşadığı Qobustan şəhərində küçədə şəhid qardaşına hörmətsizlik edildiyinə görə narazılıq bildirmişdir. Həmin vaxtı Qobustan rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinin inzibati binasına apardıqlarına görə aralarında mübahisə yaranmışdır. Səhvini başa düşür. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X3 izahatında göstərdi ki, 10 oktyabr 2022-ci il tarixdə Bakı-Şamaxı yolunun Nərimankənd dairəsində Qobustan şəhər sakini Şəxs sərxoş vəziyyətdə əlində bayraq səs-küy saldığını, nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədərək ünvansız söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş və barəsində tədbir görülməsi üçün ona polis şöbəsinə getməli olduğunu bildirmişdir. O, isə onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşları X2 və X4 şahid X1 izahatına uyğun eyni məzmunlu izahat verdilər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, Şəxs ümumi səbəbdən İİ dərəcəli əlildir. İşdə olan “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 10 oktyabr 2022-ci il tarixdə verdiyi sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibii müayinənin 27 saylı protokolundan görünür ki, Şəxs 10 oktyabr 2022-ci il tarixdə ağır dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs İİ qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən və inzibati xətanı sərxoş halda törətməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-493/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-493/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver