Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-498/2022 11.10.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1969-cu ildə Şamaxı rayonu, Cəmcəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, Cəmcəmli kəndində qeydiyyatda olan və Qobustan şəhəri, Yeni Massivdə yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 11 oktyabr 2022-ci il tarixli protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 03 aprel 2015-ci il tarixli 2(026)-12/2015 saylı icra sənədinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Qobustan rayon məhkəməsinin 03 aprel 2015-ci il tarixli 2(026)-12/2015 saylı icra sənədinə əsasən Şəxs lizinq obyekti olan ümumi dəyəri 28500 manat olan 1 ədəd MTZ-89.2 markalı traktor, ümumi dəyəri 2600 manat olan 1 ədəd AG-14-4 markalı kotan və qalıq dəyəri 14100 manat olan 1 ədəd SR-2035 markalı kombaynı saz vəziyyətdə geri alınması, 16970 manat məbləğində əsas borc, 4039 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 21039 manat məbləğində pulun alınıb "xxxx" ASC-nə verilməsinə dair icra vərəqəsi üzrə icra tədbirlərinə başlanılmış, lakin Şəxs icra sənədini könüllü icra etmir. Borcunu ödəməkdən boyun qaçırır. Dəfələrlə birldirişlər göndərilməsinə baxmayaraq yalnız polis vasitəsi ilə icra şöbəsinə gəlmişdir. Onun izahatı alınarkən borcunu ödəməyəcəyini bildirmişdir. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında 17 yanvar 2012-ci il tarixdə bağlanmış 39-L nömrəli, 30 avqust 2012-ci il tarixli 1068-L nömrəli və 24 aprel 2013-cü il tarixli 338-L nömrəli müqavilələrə əsasən "xxxx" ASC-dən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə birinci müqavilə üzrə ümumi dəyəri 28500 manat, ikinci müqavilə üzrə ümumi dəyəri 2600 manat və üçüncü müqavilə üzrə qalıq dəyəri 14100 manat olan müxtəlif kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Texnikaları götürərkən dəyərindən ödəniş edilmişdir. Sonradan da "xxxx" ASC-nin hesabına ödənişlər etmiş və ödəniş qəbzlərini "xxxx" in nümayəndələrinə təqdim etmişdir. Hazırda "xxxx" ASC-yə 6000-7000 manat borcu var. Sahibkarlıqla məşğul olur və başqa gəlir yeri yoxdur. Bir neçə ildir ki, quraqlıq olduğundan əkdiyi yerlərdən məhsul götürə bilmədiyinə görə borcunu ödəyə bilmir. Qobustan rayon məhkəməsinin 03 aprel 2015-ci il tarixli 2(026)-12/2015 saylı icra sənədindən görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış 17 yanvar 2012-ci il tarixli 39-L nömrəli, 30 avqust 2012-ci il tarixli 1068-L nömrəli və 24 aprel 2013-cü il tarixli 338-L nömrəli müqavilələr ləğv edilərək lizinq obyekti olan ümumi dəyəri 28500 manat olan 1 ədəd MTZ-89.2 markalı traktor, ümumi dəyəri 2600 manat olan 1 ədəd AG-14-4 markalı kotan və qalıq dəyəri 14100 manat olan 1 ədəd SR-2035 markalı kombaynı saz vəziyyətdə geri alınmalı, 16970 manat məbləğində əsas borc, 4039 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 21039 manat məbləğində pul X2 alınıb "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Qobustan rayon məhkəməsinin 10 noyabr 2015-ci il tarixli 7(026)-322/2015 saylı qərarından görünür ki, Qobustan rayonunun Cəmcəmli kənd sakini Şəxs barəsində məhkəmə məcburi gətirilməsi barədə qərar çıxarılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin 19 sentyabr 2022-ci il tarixli Mino/1.2.4-2-2022-2582 saylı qətnamənin icrası haqqında məktubunda göstərilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qətnamənin icrası tələbi barədə Qobustan rayon icra və probasiya şöbəsinə ünvanlanmış 16 fevral 2018-ci il tarixli ASC/2-738 nömrəli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanmış 16 fevral 2018-ci il tarixli ASC/2-738 saylı məktubları cavabsiz qalmışdır. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra borclu tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına qətnamə üzrə borcdan heç bir vəsait ödənilməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə X5 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-498/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-498/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver