Məhkəmə qərarları › İş №3(026)-5/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-5/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-5/2022 06.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxx 1991-ci ildə Qobustan rayonunun Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda Şəxs 30 dekabr 2021-ci il tarixdə Qobustan şəhərində özünə məxsus mağazada pirotexniki partlayıcı maddələri qanunsuz olaraq vitrinə qoyub satmaqla məşğul olduğu göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayonunun Qobustan şəhərində anasına məxsus mağaza vardır və həmin mağazada ərzaq məhsullarının satışını həyata keçirir. 30 dekabr 2021-ci il tarixdə mağazaya gələn firmalardan birindən öz uşağı üçün yeni il bayramı hədiyyəsi olaraq 4 paket pirotexniki vasitə olan partlayıcı maddə və 3 ədəd fişəng almış və mağazaya qoymuşdur. 31 dekabr 2021-ci il tarixdə Qobustan rayon polis şöbəsinin əməkdaşı mağazaya gələrək həmin partlayıcı vasitələri mağazada görüb şəkilini çəkərək həmin vasitələrin satışının qadağan olduğunu ona demişdir. Əməlindən peşmandır. Məhkəmə Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 442-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinib 350 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar