Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-51/2021 01.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nəriman oğlunun və zərərçəkmiş şəxs X5 iştirakı ilə, xx xxxxxxx 1992-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs Nəriman oğlu barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs Nəriman oğlu xx xxxxxx 2021ci il tarixdə X7 döyərək xəsarət yetirdiyi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nəriman oğlu izahatında göstərdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. X12 idarəsində mülki mühafizəçi işləyir. xx xxxxxx 2021-ci ildə saat 11 radələrində işdən çıxıb Qobustan şəhərində yaşayan dayısı Soltangilə getmişdir. Həmin gün saat 19 radələrində atası Nəriman ona zəng edərək evə gəlməsinin lazım olduğunu bildirmişdir. Lakin başqa heç bir söz deməmişdir. Təxminən 20 dəqiqəyə evə çatanda atası Nəriman yenidən ona zəng edərək anası Gülyazın döyüldüyünü və Qaybalı kişinin evinin arxasına gəlməsini demişdir. O, evə girməyib dərhal həmi yerə getmişdir. Anasının yerdə uzanmış vəziyyətdə olduğunu görmüş və atası ilə köməkləşib anasını onun idarə etdiyi Vaz 2107 markalı **-BB-*** qeydiyyat nişanlı avtomobilə mindirib Qobustan rayon mərkəzi xəstəxanasına aparmışlar. Qobustan RMX-nın TTY binasının qarşısına çatdıqdan sonra maşından düşüb həkimlərin maşına tərəf gəlməsini xahiş etmişdir, iki nəfər qadın və bir nəfər kişi maşına yaxınlaşıb anasının üzünə, əlinə və başına baxdılar və anasını maşından düşürtməmiş Şamaxı rayon MX-ya aparmaqlarının lazım olduğunu dediklərinə görə Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir. Yolda anası huşsuz vəziyyətdə olmuşdur. Şamaxı rayon mərkəzi xəstəxanasına çatanda adını bilmədiyi həkim anasını müayinə etdikdən sonra stasionar müalicəyə qəbul etmişdir. Təxminən 10 gün xəstəxanada müalicə almışdır. Hazırda zərərçəkmiş şəxs X8 ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, Qobustan rayon Nabur kəndində qeydiyyatda olmaqla yaşayır. Qobustan rayon Nabur kəndində yerləşən köhnə məktəb binasının sökülərək yerinə yeni müasir məktəb tikilməsi planlaşdırıldığı üçün həmin məktəbin sökülməsi və tikinti aparıldığı dövrdə ümumi məktəbin mühafizəsi oğlu Elməddinə həvalə olunmuşdur. xx.xx.2021-ci il tarixdə oğlu Elməddinin mühafizəçi işlədiyi Qobustan rayon Nabur kənd məktəbindən səs küy gəldiyini eşitmişdir. Yaşadığı ev həmin məktəbə yaxın olduğu üçün səslər aydın eşidilirdi. Həmin vaxt evdən çıxaraq məktəbə getmişdir. Oraya çatdıqda isə Nəriman adlı şəxsin həmkəndlisi Gülfağa adlı şəxsin traktoru vasitəsilə məktəbin istilik sistemini, stol və stulları götürüb aparmaq istədiyini görmüşdür. Nəriman adlı şəxs həmin məktəbin Təsərrüfat Müdiridir. O, Nərimana axşam vaxtı buranı sökməməsini, nə aparmaq istəyirsə səhər gəlib aparmalı olduğunu demişdir. Çünki iş vaxtı qurtardıqdan sonra həmin məktəbin mühafizəsi onun oğlu Elməddinin vəzifəsidir. Ancaq Nəriman adlı şəxs onun xəbərdarlığına qulaq asmayaraq məktəbin söküntüsünə davam etmişdir. O, yenidən Nərimana mane olmaq istədikdə isə Nəriman və oğlu Xəyal ona qarşı fiziki zor tətbiq etməyə başlamışdırlar. Bu vaxt Nəriman onun başından yumruq zərbələri vurmuş, Xəyal isə onun sağ qolunu tutub onu yerə yıxmışdır. O, yerə yıxıldıqdan sonra isə Nəriman və Xəyal onun yerə yıxılmağından istifadə edərək təpiklə onun bədəninin müxtəlif yerlərindən zərbələr vuraraq onu döymüşdürlər. Nəriman və Xəyalın onu döydüyünü görən həmkəndlisi Ruhan onların yanına gəlmiş və onları ayırmışdır. O, aldığı zərbələrdən elə yıxıldığı yerdə qalmış və ayağa qalxa bilməmişdir. Hadisəni görən oğlu isə DİN-in 102 xidmətinə məlumat verərək polisləri hadisə yerinə dəvət etmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdə polislərin yanına getmək üçün o və oğlu məktəbin içərisindən kəndin yoluna tərəf çıxmışdırlar. Yola çıxdıqda isə Nərimanın arvadı Gülyazın yolun kənarında yerə uzandığını görmüşdürlər. Ancaq Gülyazın hansı hadisədən sonra və necə yerə yıxıldığını görməmişdirlər. Hazırda Şəxs Nəriman oğlu ilə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilir ki, MTE və PAB-in Şamaxı rayon şöbəsinin verdiyi 05 saylı rəydən görünür ki, X3 məhkəmə tibbi müayinəsi zamanı sol almacıq nahiyyəsinin və burun qanadının sağ yarısının səthi sıyrıqları, alt dodağın sağ yarısının və sağ bazunun yuxarı 1/3nin qançırları xəsarəti aşkar edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən yetirilməsi mümkündür. X3 almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə Qobustan rayon polis şöbəsinin xx xxxxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, X1, X4, Zayıdov Səxavət Surxay oğlu və X9 əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törədən X4 zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-51/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-51/2021
01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver