Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-51/2023 26.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və X1 iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Şamaxı rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan X4 barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş protokolda X4 14 dekabr 2022-ci il tarixdə X3 qolundan tutaraq itələyərək döydüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək bildirdi ki, X2 həmkəndlisidir və münasibətləri normal olmuşdur. Əfsanənin anası Lumu ilə bir neçə müddətdir aralarında mübahisə olmuşdur. 14 dekabr 2022-ci il tarixdə Yaşıllaşdırma idarəsində Cəngi kəndində işdə olmuşdur. Həmin gün əri Eyib icazə alaraq işə gəlməmişdir. Eyibin icazə alaraq işə gəlməməsi səbəbindən işdə Əfsanə və Zöhrə buna görə artıq əksik danışaraq narazılıq etməyə başlamışdır. O da Zöhrəyə “Eyib oğlun yaşındadı utanmırsan belə sözlər deyirsən” demişdir. Onlar söhbət edərkən Əfsanə arxadan onun üzərinə gəlmiş və onun saçından tutmuşdur. O da Əfsanənin saçından tutmuş və onlar dalaşmağa başlamışdır. Bu vaxt orada olan iş yoldaşları onları sakitləşmişdir. Zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, 14 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Qobustan rayon Cəngi qəsəbəsində işdə olmuşdur. Xəyalə onun qayınanası Zöhrəyə irad bildirməsi səbəbindən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Xəyalə adlı şəxs onun saçından tutaraq yıxmış və döymüşdür. Bu vaxt isə qayınanası Zöhrə və Vurğun onları sakitləşdirmişdir. Xəyalə ondan üzr istəməmişdir. Ona görə onu bağışlamır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 12 yanvar 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Qobustan rayon Cəngi kənd sakini X1 müraciəti əsasında toplanmış materialda X3 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 12 yanvar 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarındakı Şamaxı rayon MTE və PA birliyinin verdiyi 20 dekabr 2022-ci il tarixli 201-nömrəli rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər-alın nahiyyəsinin və sağ göz üstü nahiyyənin qançırları küt əşya təsirindən törənmişdir. 14 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündü. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 12 yanvar 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarındakı Şamaxı rayon MTE və PA birliyinin verdiyi 22 dekabr 2022-ci il tarixli 202-nömrəli rəyindən görünür ki, X3 bədənində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə X4 barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini və qadın olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-51/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-51/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver