Məhkəmə qərarları › İş №3(026)-515/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-515/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-515/2022 19.10.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2001-ci ildə Qobustan rayonunda anadan olmuş, Qobustan şəhəri. H. Əliyev prospekti, ev 83-də yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs etibarnamə ilə idarə etdiyi VAZ-21041 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 09 iyul 2022-ci il tarixdə saat 12 radələrində Qobustan rayon ərazisində hərəkətdə olan zaman yolun sağ tərəfindən olan “Chevrolet Cruze” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 09 iyul 2022-ci il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 2104” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Şamaxı-Balakən avtomobil yolunun Qobustan rayonu ərazisində hərəkətdə olan zaman yolun sağ tərəfində olan “Chevrolet Cruze” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə vurmuşdur. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, həmin vaxt idarə etdiyi avtomobildə sərnişin qismində Vüsal Nəsirov əyləşmişdir. O və Vüsal xəsarət aldıqları üçün dərhal Qobustan RMX-ya getmişlər. O, spirtli içki qəbul etməmişdir. Hadisə onun diqqətsizliyi nəticəsində baş vermişdir. O hadisə vaxtı diqqətsizlik etdiyi üçün idarə etdiyi “VAZ 2104” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında hərəkətsiz vəziyyətdə olan “Chevrolet Cruze markalı”, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə vurmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X5 izahatında göstərdi ki, Şəxs etibarnamə ilə idarə etdiyi VAZ-21041 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 09 iyul 2022-ci il tarixdə saat 12 radələrində Qobustan rayon ərazisində hərəkətdə olan zaman yolun sağ tərəfindən olan “Chevrolet Cruze” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Nəticədə X1 qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət almışdır. Qobustan rayon polis şöbəsinin İstintaq Qrupunun 30 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Şamaxı rayon şöbəsinin 28 sentyabr 2022-ci il tarixli, 163 nömrəli rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsi zamanı almış olduğu xəsarət-sol qaşüstü nahiyəsinin cırılmış yarası küt əşya təsirindən törənməklə, sərnişin qismində avtomobilin salonunda 09 iyul 2022-ci il tarixdə alınması mümkündür. X3 almış olduğu xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Şamaxı rayon şöbəsinin 28 sentyabr 2022-ci il tarixli, 164 nömrəli rəyindən görünür ki, Şəxs tibbi müayinəsi zamanı bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Şamaxı rayon şöbəsinin 28 sentyabr 2022-ci il tarixli, 164 nömrəli rəyindən görünür ki, X6 tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət sağ mil bilək nahiyəsindəki səthi yara küt əşya təsirindən törənməklə, 09 iyul 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində alınmağa uyğun gəlir. X6 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar