Məhkəmə qərarları › İş №3(026)-52/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-52/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-52/2021 01.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X6 iştirakı ilə, xx xxxx 1961-ci ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs xx xxxxxx 2021-ci il tarixdə X10 döyərək xəsarət yetirdiyi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. Qobustan rayon Nabur kənd tam orta məktəbində təsərrüfat müdiri işləyir. X2 onun arvadıdır. xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində mağazadan siqaret almaq üçün yaşadığı evdən çıxmış və küçə ilə mağazalara tərəf hərəkət etməyə başlamışdır. Həmkəndlisi Mahirin yaşadığı evin qarşısına çatanda arvadı Gülyazın Mahirin həyətinin darvazasının ağzında yerdə yıxılmış vəziyyətdə qaldığını görmüşdür. Gülyazdan onu kimin vurduğunu soruşanda cavab verə bilməmişdir. Həmin ərəfədə küçənin aşağı hissəsindən Elnur və Səxavətin onu söydüklərini və “adamı belə döyərlər” demələrini eşitmişdir. Dərhal 102 xidmətinə zəng edib arvadı Gülyazın Elnur və Səxavət adlı şəxslər tərəfindən döyülməsi barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra isə oğlu Xəyala bu barədə məlumat vermişdir. Gülyazı Xəyala məxsus Vaz 2107 markalı **-BB-*** qeydiyyat nişanlı avtomobilə mindirib Qobustan RMX-na getmişdir. X21 binasına çatanda maşından düşüb həkimlərə yaxınlaşaraq arvadı Gülyazın döyülməsini bildirmişdir. Həkimlər maşında Gülyazın üzünə və başına baxdıqdan sonra Gülyazı xəstəxanaya yerləşdirməyərək dərhal Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırmağı bildirmişdirlər. Ona görə də Şamaxı xəstəxanasına getmişdir. Şamaxı rayon mərkəzi xəstəxanasına çatanda tibb bacısı elə 1-ci mərtəbədə Gülyaza iynə vuraraq tibbi yardım göstərmiş, sonra isə Ədalət həkim gəlib müayinə edərək Gülyazı stasionar müalicəyə qəbul etmişdir. Hazırda zərərçəkmiş şəxs X12 ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X12 izahatında bildirdi ki, Qobustan rayon Nabur kəndində qeydiyyatda olmaqla yaşayır. Qobustan rayon Nabur kəndində yerləşən köhnə məktəb binasının sökülərək yerinə yeni müasir məktəb tikilməsi planlaşdırıldığı üçün həmin məktəbin sökülməsi və tikinti aparıldığı dövrdə ümumi məktəbin mühafizəsi oğlu Elməddinə həvalə olunmuşdur. xx.xx.2021-ci il tarixdə oğlu Elməddinin mühafizəçi işlədiyi Qobustan rayon Nabur kənd məktəbindən səs küy gəldiyini eşitmişdir. Yaşadığı ev həmin məktəbə yaxın olduğu üçün səslər aydın eşidilirdi. Həmin vaxt evdən çıxaraq məktəbə getmişdir. Oraya çatdıqda isə Nəriman adlı şəxsin həmkəndlisi Gülfağa adlı şəxsin traktoru vasitəsilə məktəbin istilik sistemini, stol və stulları götürüb aparmaq istədiyini görmüşdür. Nəriman adlı şəxs həmin məktəbin təsərrüfat müdiridir. O, Nərimana axşam vaxtı buranı sökməməsini, nə aparmaq istəyirsə səhər gəlib aparmalı olduğunu demişdir. Çünki iş vaxtı qurtardıqdan sonra həmin məktəbin mühafizəsi onun oğlu Elməddinin vəzifəsidir. Ancaq Nəriman adlı şəxs onun xəbərdarlığına qulaq asmayaraq məktəbin söküntüsünə davam etmişdir. O, yenidən Nərimana mane olmaq istədikdə isə Nəriman və oğlu Xəyal ona qarşı fiziki zor tətbiq etməyə başlamışlar. Bu vaxt Nəriman onun başından yumruq zərbələri vurmuş, Xəyal isə onun sağ qolunu tutub onu yerə yıxmışdır. O, yerə yıxıldıqdan sonra isə Nəriman və Xəyal onun yerə yıxılmağından istifadə edərək təpiklə onun bədəninin müxtəlif yerlərindən zərbələr vuraraq onu döymüşlər. Nəriman və Xəyalın onu döydüyünü görən həmkəndlisi Ruhan onların yanına gəlmiş və onları ayırmışdır. O, aldığı zərbələrdən elə yıxıldığı yerdə qalmış və ayağa qalxa bilməmişdir. Hadisəni görən oğlu isə DİN-in 102 xidmətinə məlumat verərək polisləri hadisə yerinə dəvət etmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdə polislərin yanına getmək üçün o və oğlu məktəbin içərisindən kəndin yoluna tərəf çıxmışlar. Yola çıxdıqda isə Nərimanın arvadı Gülyazın yolun kənarında yerə uzandığını görmüşlər. Ancaq Gülyazın hansı hadisədən sonra və necə yerə yıxıldığını görməmişlər. Hazırda Şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilir ki, MTE və PAB-in Şamaxı rayon şöbəsinin verdiyi 05 saylı rəydən görünür ki, X5 məhkəmə tibbi müayinəsi zamanı sol almacıq nahiyyəsinin və burun qanadının sağ yarısının səthi sıyrıqları, alt dodağın sağ yarısının və sağ bazunun yuxarı 1/3-nin qançırları xəsarəti aşkar edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən yetirilməsi mümkündür. X5 almış olduğu xəsarətlər ayrıayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə Qobustan rayon polis şöbəsinin xx xxxxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, X4, X7, Zayıdov Səxavət Surxay oğlu və X13 əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Abdulrəhmanov Nəriman Beydulla oğlu Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törədən X4 zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar