Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-52/2023 27.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 22 yanvar 2023-cü il tarixdə idarə etdiyi “Qazel” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 22 yanvar 2023-cü il tarixdə idarə etdiyi “Qazel” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 tərəfindən ona saxla işarəsi verildiyinə görə avtomaşını saxlamışdır. Faiq Quliyev ondan avtomaşına aid sənədləri istədikdə isə o avtomaşını sürücülük hüququ olmadan idarə etdiyini bildirmişdir. Polis əməkdaşı ona həmin avtomaşının üzərinə cərimə olduğuna görə avtomaşını duracağa yerləşdirməli olduğunu bildirdikdə isə o, polis əməkdaşına avtomaşınında olan yükü boşaltdıqdan sonra duracağa gətirəcəyini bildirmiş, lakin aparmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 izahatında göstərdi ki, 22 yanvar 2023-cü il tarixdə Qobustan şəhəri ərazisində olan zaman “Qazel” markalı **- VH-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün avtomaşını ön dövlət nişanı olmadan idarə etdiyi üçün saxlamış və avtomobilin sürücüsündən etdiyi qayda pozuntusuna görə protokol tərtib edilməsi üçün sənədləri təqdim etməsini xahiş etmişdir. Avtomobilin sürücüsü Şəxs sürücülük hüququ olmadığını bildirərək heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda nəqliyyat vasitəsi yoxlanılarkən avtomaşının üzərində olan cərimə borcu ilə əlaqədar mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar olduğu aşkar olunmuşdur. Şəxs avtomaşının olan yükü boşaltdıqdan sonra duracağa gətirəcəyini bildirsə də avtomaşını duracağa gətirməkdən imtina etmişdir. Onu nizam-intizama dəvət etsə də o, polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də post- patrul xidmətindən kömək istəyərək avtomaşını mühafizə olunan duracağa aparmışlar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən əməlindən peşman olmasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-52/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-52/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver