Məhkəmə qərarları › İş №3(026)-53/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-53/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-53/2021 01.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxxx 1989-cu ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində sakini Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs xx xxxxxx 2021-ci il tarixdə X3 döyərək xəsarət yetirdiyi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Abşeron rayonu, 28 may yaşayış massivində yaşayır. xx xxxxxx 2021-ci il v tarixdə qardaşı Səxavətlə valideynlərinə baş çəkmək üçün Qobustan rayon Nabur kəndinə gəlmiş, həmin gün saat 19 radələrində Nabur kəndində evdə olan zaman küçədə səs-küy eşitdiyi üçün Səxavətlə küçəyə çıxmışdır. Həmkəndlisi Nərimanın arvadı Gülyazın küçədə anasının ünvanına söyüş söyməyinin şahidi olmuşdur. Elməddini və anasını görüb nə baş verdiyini soruşanda anası Nəriman və Xəyalın onu döydüyünü bildirmişdir. Elə həmin ərəfədə Gülfağa Gülyaza acıqlanıb söyüş söyməməsini və geriyə qayıdıb getməsini bildirmişdir. Özü də traktoru məktəbin həyətindən çıxarıb getmişdir. Elməddin ona bu barədə 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Küçədə 5-6 nəfər kənd camaatı var idi. Lakin hava qaranlıq olduğu üçün onlar kim olduğuna fikir verməmişdir. Bundan sonra o və Səxavət evə getmişdir. Hazırda zərərçəkmiş şəxs X4 ilə barışmış, Gülyazın onadan şikayəti yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, Qobustan rayon Nabur kəndində qeydiyyatda olmaqla yaşayır. xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olmuşdur. Həmin vaxt əri Nəriman və gəlini də evdə olmuşdur. Yeni doğulmuş nəvəsinə paltar almaq üçün həmkəndlisi olan Anarın mağazası istiqamətində piyada getmişdir. Mağazaya çatmamış Xatirənin oğlanları Elnur və Səxavət onun qarşısını kəsmiş və onun ünvanına söyüş söyərək “sən kimsən anamıza söz deyirsən” sözlərini demişlər. O, Elnur və Səxavətə qarşısından çəkilməklərini bildirmişdir. Səxavət sillə ilə başından vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxılmış vəziyyətdə olanda Səxavət yaylığından tutub başını qaldıraraq ona nalayiq sözlər demişdir. Elnur isə təpiklə onun belinə vurmuşdur. Həmin vaxt huşunu itirmişdir. Sonra nə baş verdiyini xatırlamamışdır. Ədalət həkim onu müayinə etdikdən sonra stasionar müalicəyə qəbul olunmuşdur. 10 gün Şamaxı RMX-da müalicə almışdır. Hazırda Şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilir ki, MTE və PAB-in Şamaxı rayon şöbəsinin verdiyi 19 saylı rəydən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində sol bazunun bir ədəd qançırı, sol ayaq üstünün sıyrığı xəsarəti aşkar edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən törənməklə, yetirilmə müddəti xx xxxxxx 2021-ci il tarixə uyğundur. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə Qobustan rayon polis şöbəsinin xx xxxxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, X6, X7, Zayıdov Səxavət Surxay oğlu və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zayıdov Elnur Surxay oğlunun və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Surxay oğlu Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törədən Zayıdov Elnur Surxay oğlu zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Zayıdov Elnur Surxay oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar