Məhkəmə qərarları › İş №3(026)-537/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-537/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-537/2022 31.10.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, Qobustan rayon prokurorunun köməkçisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1962-ci ildə Şamaxı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayan Şəxs barəsində Qobustan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini X1 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng vuraraq Şəxs tərəfindən döyülməsi barədə məlumat verdiyi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Hüseynağa Hüseynov onun həmkəndlisidir, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Təxminən 3 ildir ki, rayonun Təklə-Mirzəbaba kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. O, həm də Şamaxı rayonunda yerləşən Suvarma Sistemləri İdarəsində texniki işçi kimi işləyir. Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində olan su artezianlarının, yəni su quyularının işlək və təmiz vəziyyətdə olmasına baxır. Həmçinin, həmin artezianlardan istifadə edən kənd sakinlərindən istifadə etdikləri suyun miqdarına uyğun olaraq sayğac göstəricisinə əsasən sudan istifadəyə görə pulu yığıb müvafiq olaraq ödənişini həyata keçirir. Hüseynağa Hüseynov ilə təxminən 6-8 ay olar ki, aralarında su quyusunun motorunun və şlanqların düzəldilməsi ilə bağlı mübahisə olmuşdur. 13 sentyabr 2022-ci il tarixdə təxminən saat 10 radələrində kəndin ərazisində yerləşən mağazanın qarşısından keçən zaman Hüseynağa ona yaxınlaşıb “suyun pulunu yığıb yeyirsiniz, təmir etmirsiniz”- demişdir. Həmin vaxt o, Hüseynağaya bir su quyusunun təmir olunmasını, digərini təmir etmək üçün vəsaitin olmamasını, ona görə də kənd sakinləri öz aralarında pul yığıb həmin su quyusunun motorunu düzəltdirə biləcəklərinin mümkün olduğunu ona demişdir. Buna görə də aralarında mübahisə olmuşdur. O, Hüseynağaya qarşı heç bir söyüş söyməmişdir. Aralarında sadəcə sözlə mübahisə olmuşdur. Daha sonra Hüseynağa Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng etmiş və onu döydüyünü bildirmişdir. Əməlindən peşmandır. Etdiyi əmələ görə Hüseynağa Hüseynovdan üzr istəmiş və barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, Şəxs onun həmkəndlisidir, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Təxminən 6-8 ay olar ki, Ağagüllə aralarında su quyusunun motorunun və şlanqlarının düzəldilməsi ilə bağlı mübahisə olmuşdur. Kəndin su ilə bağlı problemlərinə müdaxilə edir. 13 sentyabr 2022-ci il tarixdə təxminən saat 10 radələrində kənd ərazisində yerləşən mağazanın qarşısında olmuşdur. O, mağazanın qarşısında olarkən Ağagül onun yanına gəlmiş, kənd ərazisində suyun gəlməməsi barədə onunla söhbət etmişdir. O, su ilə bağlı problemi su idarəsinin həll etməsini və təmir etməsini bildirdikdə Şəxs onu söyüb təhqir etmişdir. Ağagül valideynlərinə qarşı söyüş söydüyü üçün ona irad bildirdikdə isə Ağagül onun sifət nahiyəsindən yumruqla vurmuş, o da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bələdiyyə sədri Ağagülün onu döyməsini bildirmişdir. Hazırda Şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin 13 oktyabr 2022-ci il tarixli 156 saylı ekspert rəyindən görünür ki, X1 almış olduğu xəsarət- üst dodağın qançırı kut əşya təsirindən, 13 sentyabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən əl zərbəsi ilə alınmaya uyğun gəlir. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törədən Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar