Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-539/2022 14.11.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi barədə 27 oktyabr 2022-ci il tarixli, İXP ******* saylı protokol daxil olmuşdur. Protokolda göstərilmişir ki, Şəxsnə məxsus “KHAZAR LD MİNİK” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü 16 sentyabr 2022-ci il tarixdə saat 08:23-də “Yol hərəkəti haqqında” qanunun tələblərini pozduğundan Şəxsndən həmin avtomaşının sürücüsü haqqında məlumat tələb olunmuş, məlumat qanunla tələb olunmuş 5 gün müddət ərzində verilmədiyindən Şəxs barədində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protocol tərtib edilmişdir. Qobustan rayon polis şöbəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, 16 sentyabr 2022-ci il tarixdə Şəxs balansında olan “KHAZAR LD MİNİK” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü barədə məlumat verilməsi barədə bildiriş göndərilmiş, hətta o, bildirişdən iki gün sonra telefonla icra haikimiyyətinin məsul işçisi Fazil Məmmədova zəng etmişdir. Nə bildirişin, nə də zəngin 20 gün ərzində nəticəsi olmamış, sürücü barədə məlumat verilməmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə ******* saylı protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq icra hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qobustan rayon polis şöbəsinin 16 sentyabr 2022-ci il tarixli bildirişindən görünür ki, şöbədən Şəxs balansında olan “KHAZAR LD MİNİK” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü barədə məlumat verilməsi istənilmiş, beş gün müddətdə məlumat verilmədiyi halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu bildirilmişdir. Məhkəmə Qobustan rayon polis şöbəsinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də həmin maddə ilə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Müəyyən olundu ki, Qobustan rayon polis şöbəsi tərəfindən Şəxsnə 17 sentyabr 2022-ci il tarixdə Şəxs balansında olan “KHAZAR LD MİNİK” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü haqqında məlumat verilməsi barədə bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də həmin maddə ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 300 manat cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-539/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-539/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver