Məhkəmə qərarları › İş №3(026)-56/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-56/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-56/2021 12.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X11, “xxxx” ASC-nin nümayəndəsi X14 və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndələri Nümayəndə və X6 iştirakları ilə, X11 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” ASC-nin 2 saylı Regional Sukanal idarəsinin rəisi X18 onun 2500 manat cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qobustan Rayon Məhkəməsinə şikayət vermişdir. X18 məhkəmə iclasında izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 manat cərimə olunmasına dair qərar tərtib olunmuşdur. Qərarda göstərilir ki, xx xxxxxx 2021-cu il tarixdə 4 saylı Regional Ekologiya və X9 əməkdaşları tərəfindən Qobustan şəhərində yaşayış və qeyri-yaşayış sahələrində formalaşan kanalizasiya sularının təmizlənmədən Dərəkənd kəndinə axıdılması, oradakı torpaq bəndlərindən sızaraq Pirsaat çayına tökülməsi faktı aşkarlanmış və müvafiq olaraq idarə tərəfindən MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli ihzibati xəta haqqında protokol tərtib edilmişdir.Vəzifəli şəxs olaraq barəsində seçilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil, göstərilən inzibati xəta haqqında qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. “xxxx” ASC-nin xx xxxxxx 2020-ci il tarixli 262-k saylı əmrinə uyğun olaraq “xxxx” ASC-nin 2 nömrəli Regional İdarəsinin rəis vəzifəsini müvəqqəti olaraq icra edir. Göründüyü kimi qısa zaman çərçivəsində vəzifəli şəxs olaraq idarə rəisi vəzifəsini müvəqqəti olaraq icra etməkdədir. Digər tərəfdən nəzərə alınmalıdır ki, bu dövr ölkə ərazisində xüsusi karantin rejiminin müddətinun uzadılması ilə üst-üstə düşür. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati protokol və qərar qəbul edilərkən aşağıda qeyd olunan prosessual pozuntulara yol verilmişdir. İnzibati protokol onun iştirakı olmadan tərtib edilmiş, buna dair işə baxılmasına isə rəsmi dəvət edilməmişdir. Qərar onun iştirakı olmadan qəbul edilmişdir. 4 saylı Reogional Ekologiya və Təbii Sərvətlər İdarəsi 18 fevral 2021-ci il tarixdə inzibati xəta ilə bağlı işə baxılması barədə xx xxxxxx 2021-ci il tarixli 43/146 saylı bildirişi xx xxxxxx 2021-ci il tarixdə Ucar Poçt filialına daxil olmuşdur. Halbu ki, İXM-nin 102.1-ci maddəsinə asasan X17 üzrə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edan ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati anşduma aparılmalıdır. Bundan başqa su obyektinin “çirklənməsi” necə müəyyən edilməsi böyük sual yaradır. Axı heç bir xüsusi texniki vasitədən istifadə etmədən, suyun labarator nümunəsini ğütürmədən, onun nəticəsini bilmədən qısa zaman çərçivəsində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları necə müəyyən etmişlər ki, axıdılan su Pirsaat çayını çirkləndirir? İnzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmçinin, qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən tərtib edilmiş məcburi göstəriş və qərar müvafiq qaydada tərtib olunmamışdır. Belə ki, “X17, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında sənədlər və onların tərtib olunma” Qaydalarına əsasən inzibati xətalara dair sənədlər dedikdə akt, protokol, qərar və qərardad şəklində çıxarılır. Qaydalara uyğun olmayan sənədlərin tərtibi, onun etibarsızlığına əsas yaradır. Elcədə inzibati xətaya dair “X17 haqqında“ Qanun tələbləri pozulmasına görə verilmiş xx xxxxxx 2021-ci il tarixli məcburi göstərişin tərtibatında yanlışlıqlara yol verilmişdir. Belə ki, məcburu göstərişdə tərəfə nöqsanların aradan qaldırılması üçün son müddəti göstərilməklə vaxt verilməli, eyni zamanda xəbərdarlıq edilməlidir ki, əgər verilən tarşırıqlar göstərilən tarixin sonunda yerinə yetirilməzsə, təqsirkarlar Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə əsasən cərimə olunacaqlar. İnzibati orqanın xx xxxxxx 2021-ci il tarixli məcburi göstərişində isə belə müddəa yoxdur. Ən əsasası isə inzibati orqan sayılan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xətalar haqqında işlərə baxılması müddəti ötürülmüşdür. Belə ki, iş sənədlərinə əsasən protokol xx xxxxxx 2021 -ci il tarixdə tərtib edilsə də, barəsində olan inzibati işə xx xxxxxx 2021 -ci il tarixdə baxılaraq inzibati tənbeh haqqında qərar çıxarılmışdır. Halbu ki, İXM-nin 111.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 54-cü maddəsinin 2-ci bəndinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin maddənin 4-cü bəndində qeyd edilir ki, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikasının İXM-nin 264.0.1 -ci maddəsində göstərilən inzibati xətanı törətməsinin müəyyən edilməsi və 2500 (iki min beş yüz) manat cərimə edilməsinə dair barəsində çıxarılmış 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx xxxxxx 2021-ci il tarixli MN № 0758585-li qərarını əsassız və qanunsuz hesab etdiyi üçün ləğv olunmasını məhkəmədən xahiş etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı RETSİ-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Qobustan rayonunun Poladlı kənd sakinləri dəfələrlə yuxarı orqanlara müraciət ediblər ki, çirkab sular Ceyrankeçməz çayına axıdılsın. “xxxx” ASC-nin yerli şöbəsi 2 saylı regional sukanal idarəsi nəzarət etməli idi, bu prosesə ekologiya idarəsinin nümayəndələri sənədləşmədə monitorinq keçirilmədən gəlmiş, Qobustan sukanal idarəsinə gedib əlavə qurğular qurmuşlar. Lakin yenə də çirkab suları Pirsaat çayına tökülmüşdür. Digər istiqamətdən aparılması üçün 800 m dağ istiqamətində çəkilməli idi. Həmin ərazilərdə bəndlər vurulur, lakin davam gətirmir. Akt və protokola şikayətçilər protokola imza etmişlər. Bu barədə Azər Quliyevə məlumat vermişlər ki, protokol tərtib olunan vaxt iştirak etsin. X25 iştirak etməkdən imtina etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı RETSİ-nin nümayəndəsi X15 izahatında göstərdi ki, 2018-2019-cu ildə Qobustan rayonu üzrə kurator işləmişdir. Qobustan rayonunun Poladlı kənd sakinlərinin çirkab suyunun qarşısının alınması barədə məlumatlarını nəzərə alıb qurğu qurulması barədə göstəriş vermişlər. Çirkab sularının qarşısının alınması üçün bənd qurulmuş, lakin bənd çirkab sularının çaya axıdılmasının qarşısını ala bilməmişdir. Həmin ərazidə qurğu qurulmalı idi və qurğunun qurulması üçün Sukanal idarəsinin Qobustan rayon şöbəsinə göstəriş verilmiş, lakin heç bir tədbir görülməmişdir. Şahid Babaşov Elnur Hüseyn oğlu izahatında göstərdi ki, bəndin dağıldığı tarixi xatırlamır. Çirkav suları və kanalizasiya suları Pirsaat çayına axıdıldığı üçün akt tərtib edilmişdir. Çirkab suların axıdıldığı üçün Nümayəndə tərəfindən xx xxxxxx 2021-ci il tarixdə akt tərtib edilmiş, akta o da imza etmişdir. X3 izahatında göstərdi ki, aktda tərtib olunanları təsdiq edir. Akt ona görə tərtib olunub ki, çirkab suları Pirsaat çayına axıdılırdı. Ekologiya Nazirliyinin Qobustan rayonu üzrə 4 saylı ərazinin Qobustan üzrə nümayəndəsidir. Akt tərtib olunan vaxt o da bələdiyyə sədri ilə orada olmuşdur. Kənd camaatı hər gün şikayət edirdi. Çirkab suları çaya axdığı üçün akt tərtib edildi, o da həmin aktı imza etmişdir. Akt doğrudur. X7 izahatında göstərdi ki, aktda tərtib olunanları təsdiq edir. Akt ona görə tərtib olunub ki, çirkab sularının axıdılması üçün quraşdırılmış bənd dağılmışdır. Sel suları qurunt suları ilə birləşdikdə kənd su altında qalır və həmin su çirkab olduğundan bağlarını məhv edir. Kənd camaatının haqlı şikayətlərinə görə kəndə gəlib baxış keçirilmiş və çirkab sularının qarşısının alınması üçün akt tərtib edilmişdir. Akt ona görə tərtib edilmişdir ki, çirkab sular çaya axıdılır. X1 izahatında göstərdi ki, akt tərtib olunanda orada iştirak etmişdir. Şikayət olunan əraziyə gedib baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən də çirkab suları Pirsaat çayına axıdılır. Həmin sudan nümunə götürülmüş və suyun içməli su olmadığı aşkar edilmişdir. Azər Quliyev onlara məsələnin həll edilməsi üçün köməklik göstərəcəyini desə də, heç bir nəticəsi olmamışdır. Çirkab sularının qarşısı alınması üçün bənd vurulmiş, lakin yenə də çirkab sularının qarşısı alınmamışdır. Bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da nümunə götürdülər, çirkab sular çaya axıdılır. X4 izahatında göstərdi ki, aktın tərtib olunma tarixi dəqiq yadında deyil. Həqiqətən də çirkab suları çaya axıdılır və çox kəskin iy gəlir, Həmin sudan kənd əhalisinin heyvanları da içə bilmir. Hal-hazırda da bu günədək sızıntı halında çirkab sular çaya axıdılır. İş materiallarında olan Qobustan rayon icra və probasiya şöbəsinin X2 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 13254/2020-32-4 saylı bildirişin surətindən görünür ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ******* saylı xx xxxxxxxx 2019-cu il tarixli icra sənədinin icrasını təmin etməsi bildirilmişdir. İş materiallarında olan MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X18 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə 2500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X10 sahəsinin sahə rəisi Bəhmən Mehtiyev, X10 İT və İEN-i qrupunun MQR-i Təbriz Əliyev, X10 İT və İEN-i qrupunun qaynaqçısı Vəli İlyasov, Qobustan Sukanal sahəsinin İT və İEN-i qrupunun maşinisti Alim Hümbətov,X10 İT və İEN-i qrupunun çilingəri Xanəli Yunusov, X10 İT və İEN-i qrupunun çilingəri Əkrəm Əhmədov və X10 İT və İEN-i qrupunun çilingəri Səxavət Əbilovun xx xxxxxx 2021-ci il tarixdə tərtib və imza etdikləri aktın surətindən görünür ki, Qobustan şəhərindən formalaşan çirkab suların Dərəkənd kəndi ərazisindən başlayaraq dərə vasitəsilə Pirsaat çayına axmasının qarşısının alınması məqsədi üçün Poladlı kənd yaxınlığında iki ədəd bənd qurulmuş və suyun pillə vasitəsilə axması üçün ötrücü borular quraşdırlmışdır. Lakin qurunt sularının, çirkab suların və sel suların artması nəticəsində xx.xx.2021-ci il tarixdə gecə saat 02:00 radələrində birinci bəndin qarşısı açılaraq ikinci bəndi də yuyaraq quraşdırılmış borularla birlikdə Pirsaat çayına axıb getmişdir. Əməkdaşlar vasitəsilə dərəyə və Pirsaat çayına baxış keçirilmiş, quraşdırılmış 26 metr 800 mm-lik koruge tipli borunun və 18 metr 400 mm-lik koruge tipli borunun tapılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 2 saylı Regional Su-kanal idarəsinin rəisi X16 ünvanlandığı xx xxxxxx 2021-ci il tarixli Ç-MG/4321-004 saylı “X17 haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularının aradan qaldırılması üçün məcburi göstərişdə göstərilir ki, Qobustan rayonu ərazisində yaşayış və qeyri-yaşayış sahəsində formalaşan kanalizasiya sularının Pirsaat çayına axmasının qarşısının alınması tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Sukanal idarəsinin rəis müavini Elvin İbrahimov, X10 sahə rəsi Bəhmən Mehtiyev, X10 İT və İEN-i qrupunun Mübariz Sabirov, X10 İT və İEN-i qrupunun qaynaqçısı Vəli İlyasov, X10 İT /ə TEN 1 qrupunun maşinisti Alim Hümbbətov, X10 İT və İEN-i qrupunun çilingəri Əkrəm Əhmədov və X10 İT və İEN-i qrupunun çilingəri Xanəli Yunusovun tərtib və imzaları ilə təsdiq etdikləri xx xxxxxx 2021-ci il tarixli aktda göstərilir ki, qurunt sularının, çirkab suların və sel suların artması nəticəsində birinci bəndin qarşısı açılaraq ikinci bəndi də yuyaraq quraşdırılmış borularla birlikdə Pirsaat çayına axıb getmişdir. xx xxxxxx 2021-ci il tarixdə 2 №-li Regional Sukanal idarəsi tərəfindən ümumi uzunluğu 1500 metr olan 160 mm-lik polietilen boru və çirkab suyunun Dərəkənd ərazisindən Ceyrankeçməz çayına axıdılması üçü 1 ədəd çirkab su nasosu verilmiş və həmin günü qazıntı və boruların qaynaq olunması işlərinə başlanıldı. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Elvin İbrahimov, sahə rəisi Bəhmən Mehtiyev, usta Mübariz Sabirov, elektrik qaynaqçısı Vəli İlyasov, ekskovator maşinisti Amil Hümbbətov, çilingər Əkrəm Əhmədov və çilingər Xanəli Yunusovun tərtib və imzaları ilə təsdiq etdikləri 05 mart 2021-ci il tarixli aktdan görünür ki, Qobustan şəhərindən formalaşan çirkab suların Dərəkənd kəndi ərzaisindən başlayaraq Ceyrankeçməz çayına axıdılması üçün ümumi uzunluğu 1500 metr olan diametri 160 mmlik polietilen boru çəkildi. Sonra nasos işə salınaraq çirkab suyun Ceyrankeçməz çayına ötürülməsi təmin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2 saylı Regional Sukanal idarəsinə ünvanlandığı xx xxxxxx 2021-ci il tarixli 43/264 saylı məktubunun surətindən görünür ki, cərimə məbləği “X17 üzrə Dövlət Fondu’na VOEN **********, H/H: AZN 10 CTRE ********************, büdcə təsnifatı 142582, büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZxx xxxx 013601**********3944, SWİFT BİK CTREAZ 22, xüsusi ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Həmçinin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədıkdə, məcburi icraya yönəldilir. Müəyyən olundu ki, Qobustan rayonunun Poladlı kənd sakinlərinin şikayətlərinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 manat cərimə olunmasına dair qərar qəbul olunmuşdur. Şərh olunanlara və qeyd olunan inzibati normalara əsasən məhkəmə hesab edir ki, X11 şikayəti təmin olunmamalı , Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan ləğv edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53, 114, 128-130, 134 və 135-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: Şikayət təmin edilməsin. “xxxx” ASC-nin 2 nömrəli Regional idarəsinin rəisi X11 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar