Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-56/2022 09.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Qobustan rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhəri, M. Ə. Sabir küçəsi, bina 62, mənzil 4-də yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 02 mart 2022-ci il tarixdə Qobustan şəhəri 1 saylı orta məktəbdə dərsə daxil olaraq dərs prosesini pozması və bununla da xırda xuliqanlıq hərəkətləri etməsi göstərilmişdir . Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qobustan şəhərində yaşayır. 02 mart 2022-ci il tarixdə azyaşlı övladını Qobustan şəhər 1 saylı tam orta məktəbə aparmış və məktəbin girişində əyləşən işçi xanımdan Vİİİ A sinfinə daxil olmaq üçün icazə istəmiş, həmin işçi ondan sinfə girməyinin səbəbini soruşmuş, o isə qardaşı ilə əlaqədar uşaqlarla danışmaq istədiyini bildirdikdən sonra icazə vermişdir. Sinif otağına daxil olmuş və Vİİİ A sinfinə dərs keçən kimya müəlliməsi Xəyalə müəllimədən şagirdlərlə danışmaq üçün icazə istəmişdir. Xəyalə müəllimə ondan kim olduğunu soruşduqda Nihadın bacısı olduğunu dedikdən sonra ona icazə vermişdir. Sonra o şagirdlərdən qardaşı Nihadla bağlı verdikləri yalan və şər ifadələrini dəyişərək doğruları demələrini xahiş etmişdir. Daha sonra Ağaşiraz müəllim sinfə daxil olaraq ondan gəlişinin məqsədini soruşmuş o, da gəlişinin qardaşı Nihadla bağlı düzgün ifadələrin verilməsi üçün şagirdlərdən xahişə gəldiyini demişdir. Şagirdlərlə Xəyalə müəllimənin yanında danışmış və onlarla çox mülayim danışmışdir. Sinif otağına isə həm məktəbin işçisindən, həm də müəllimədən icazə alaraq daxil olmuşdur. Heç kimi söyməmiş, heç kimə qarşı nalayiq hərəkət etməmişdir. Məhkəmə iclasında şahid X5 izahat verərək göstərdi ki, Qobustan şəhər 1 saylı tam orta məktəbin direktoru işləyir. 2 mart 2022-ci il tarixdə saat 8:45 radələrində məktəbin kimya müəlliməsi X1 ona Vİİİ A sinfinə dərs keçdiyi zaman bir nəfər tanımadığı şəxsin sinif otağına daxil olduğunu bildirmişdir. Həmin valideynlə maraqlanmaq və dərs prosesinin pozulmasına imkan verilməməsi üçün məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X2 həmin sinfə getməsini bildirmişdir. Sonradan olan məlum olmuşdur ki, həmin şəxs məktəbin Vİİİ A sinif şagirdi Nihad Musayevin valideyni qismində rəhbərliyin heç bir icazəsi olmadan sinfə daxil olaraq şagirdlərlə özünə aid olmayan tərzdə suallar vermiş, onlara psixoloji təsir göstərmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri araşdırıb və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid X3 izahatını dinləyib məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozan hərəkətlər etməsi faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi üçün onun əməlində inzibati xəta tərkibi olmadığına görə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati işin icraatına onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-56/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-56/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver