Məhkəmə qərarları › İş №3(026)-56/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-56/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-56/2025 12.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxx 1990-cı ildə Şamaxı rayonu Şıxzərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Şıxzərli kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 12 fevral 2025-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, Şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(002)-838/2021 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(002)-838/2021 saylı icra sənədinə əsasən 10 sentyabr 2019-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 fevral 2021ci il tarixdən başlayaq cavabdeh Şəxs iddiaçı X1 xeyrinə hər ay bir uşağa görə 175 manat, 10 sentyabr 2019-cu il təvəllüdlü X4 üç yaşı tamam olanadək 30 manat sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh Şəxs icra vərəqəsi üzrə bu günə kimi 1225 manat aliment borcu vardır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmiş, həmçinin icra məmurunun çağırışlarına gəlmədiyinə görə sonuncunun barəsində axtarış elan edilmişdir. Borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(002)-838/2021 saylı icra sənədinə əsasən toplamış 1225 manat aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsi tərəfindən verilmiş 2(002)- 838/2021 saylı, 15 mart 2021-ci il tarixli icra sənədindən görünür ki, 10 sentyabr 2019-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 fevral 2021-ci il tarixdən başlayaq cavabdeh Şəxs iddiaçı X1 xeyrinə hər ay bir uşağa görə 175 manat, 10 sentyabr 2019-cu il təvəllüdlü X4 üç yaşı tamam olanadək 30 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarına olan 16 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə Qobustan rayon icra və probasiya şöbəsində Bakı şəhəri Qaradağ rayon məhkəməsi tərəfindən verilmiş 2(002)-838/2021 saylı, 15 mart 2021-ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, dəfələrlə xəbərdarlıq məktubları göndərilmiş, sonuncunun izahatı alınmışdır. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərarla Şəxs barəsində axtarış elan edilmişdir. Qobustan rayon Polis Şöbəsinin 12 fevral 2025-ci il tarixli məktubundan aydın olur ki, Şəxs həmin tarixdə saxlanılaraq Qobustan rayon icra və probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar