Məhkəmə qərarları › İş №3(026)-570/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-570/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-570/2022 15.11.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxx 1962-ci ildə Şamaxı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10 noyabr 2022-ci il tarixdə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində X1 təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 10 noyabr 2022-ci il tarixdə yaşadığı Qobustan rayonunun Təklə- Mirzəbaba kəndi ərazisində özünə məxsus avtomaşınla hərəkətdə olarkən rayonun Çuxanlı kənd sakini X5 idarə etdiyi avtomaşınla onunla üzbə-üz gələrək avtomaşını onun üzərinə sürmüşdür. Xalıq Hüseynovun hərəkətlərindən Qobustan rayon prokurorluğuna məlumat verdiyinə görə Xalıq Hüseynov da onun barəsində DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Həmin günü Xalıq Hüseynovu söyməmiş və onunla mübahisə etməmişdir. Zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Qobustan rayonunun Çuxanlı kəndində Qobustan rayonunun Acıdərə kəndi ərazisində dayanaraq taksi fəaliyyəti ilə məşğul olur. 10 noyabr 2022-ci il tarixdə rayonunun Təklə-Mirzəbaba kənd sakini Şəxs həmin ərazidə ona yaxınlaşaraq onu söyüb-təhqir edərək hədə-qorxu gəlmişdir. O da Şəxs “bəsdir məni mütəmadi olaraq söyüb təhqir etdiyin, allahdan qorx”-sözlərini demişdir. X3 bu hərəkətləri ilə artıq 4 ildir ki, onu bezdirib. Hər qarşılaşanda onu heç bir səbəb olmadan söyüb təhqir edir. Ona görə də əsəbiləşib DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXMin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar