Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-58/2024 18.03.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, şikayətçi X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 01 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 01 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair Qobustan rayon məhkəməsinə şikayət vermişdir. X3 izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 01 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla məni Azərbaycan Respublikası İXM-in 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək 2000 (iki min) manat məbləğində cərimə etmişdir. 2023-cü ilin noyabr ayında Qobustan rayon polis şöbəsinin əməkdaşı tərəfindən bələdiyyəyə zəng olunaraq kənd ərazisinə tökülmüş məişət tullantıların təmizlənməsi bildirildiyindən, dərhal həmin ərazi təmizlənmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 01 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla məni Azərbaycan Respublikası İXM-in 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək 2000 (iki min) manat məbləğində cərimə etmiş və ona bu barədə heç bir xəbərdarlıq edilməmiş və protokol göndərilməmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab etdiyindən və qərarla razı olmadığına görə şikayət vermək istədi üçün qərarı götürmək üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gedərək MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətini 07 mart 2024-cü il tarixdə almışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 01 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X4 izahat verərək göstərdi ki, 17 noyabr 2023-cü il tarixdə polis əməkdaşı ilə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində reyd aparılan zaman kənd ərazisində məişət tullantıları görüb, bu barədə Ağagül Əzizova zəng etmişlər. X7 ərazidə olmamışdır. Ərazinin təmizlənməməsinə görə 01 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə etmişdir. Müəyyən olundu ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Qobustan rayon polis şöbəsinin əməkdaları 2023-cü ilin noyabr ayında Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən Qobustan rayonu Təklə-Mirzəbaba kəndində reyd keçirilmiş və ərazidə məişət tullantılarının olduğu aşkar edilmişdir. Ona görə də X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İdarəsinin 01 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə etmişdir. Toplanmış sənədlərlə və çəkilmiş fotoşəkillərlə Qobustan rayon Təklə-Mirzəbaba kəndindin ərazisində məişət tullantılarının tökülməsi təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara və qeyd olunan inzibati normalara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 01 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53, 114, 128-130, 134 və 135-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 01 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-58/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-58/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver