Məhkəmə qərarları › İş №3(026)-581/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-581/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-581/2022 17.11.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə 03 noyabr 2022-ci il tarixli, İXP ******* saylı protokol daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Qobustan rayon polis şöbəsinin tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 03 noyabr 2022-ci il tarixli İXP ******* saylı protokol natamam tərtib edilmişdir. İnzibati xəta haqqında materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından sənədlər geri qaytarılmalıdır. Eləcə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin kimliyi dəqiq aydınlaşdırılmamış, sənədsiz ov tüfənginin kimə məxsus olduğu dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Qobustan rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 03 noyabr 2022-ci il tarixli MN ******* saylı protokol və əlavə olunmuş sənədlər Qobustan rayon polis şöbəsi şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 266, 267 və 268-ci maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Qobustan rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 03 noyabr 2022-ci il tarixli MN ******* saylı protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar