Məhkəmə qərarları › İş №3(026)-583/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-583/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-583/2022 17.11.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yeylaqalı oğlunun və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxx 1969-cu il tarixdə Şamaxı rayonunun Dərəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Dərəkənd kəndində yaşayan X4 barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yeylaqalı oğlu 09 noyabr 2022-ci il tarixdə Qobustan rayonunun Dərəkənd kəndində ictimai yerdə X1 təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yeylaqalı oğlu izahatında göstərdi ki, 09 noyabr 2022-ci il tarixdə saat 11 radələrində onun kənd icra nümayəndəliyinin göstərişi ilə kəndin ərazisinə əkdirdiyi 100 ədəd yaşıl ağacın həmkəndlisi X5 tərəfindən xırda buynuzlu heyvanların otarılması nəticəsində məhv edildiyini bilib ona irad bildirmiş, həmin zaman Yaşar Niftaliyev onu söyüb təhqir etmişdir. Zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki,09 noyabr 2022-ci il tarixdə yaşadığı Qobustan rayonunun Dərəkənd kəndi ərazisində heyvan otaran zaman həmkəndlisi Şəxs Yeylaqalı oğlu ona yaxınlaşaraq heyvanlarının ağacları yediyini deyərək onu təhqir etmişdir. O isə Şəxs ağacların onun heyvanları tərəfindən deyil, kəndin heyvanları tərəfindən məhv edildiyini demişdir. Həmin zaman Şəxs Yeylaqalı oğlunu söyüb təhqir etməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yeylaqalı oğlunun və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Yeylaqalı oğlu Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs Yeylaqalı oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Yeylaqalı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar