Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-59/2023 30.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 2003-cü ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Yekəxana kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 28 yanvar 2023-cü il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasında səs-küy salaraq polisin qanuni tələbinə tabe olmayaraq xidməti iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində olan şikayətlə əlaqədar 28 yanvar 2023-cü il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasında təhqiqatçının X8 onu xidməti otağında sorğu-sual edərək izahat aldığı zaman aralarında müvafiq səbəblərdən anlaşılmazlıq yaranmışdır. Həmin zaman polis əməkdaşları otağa daxil olaraq onları sakitləşdirmişlər. Əməlindən peşmandır. Səhvini başa düşür. Qobustan rayon polis şöbəsinin əməkdaşı X8 verdiyi izahatında göstərdi ki, Qobustan rayon polis şöbəsində baş təhqiqatçı işləyir. Qobustan rayonunun Yekəxana kənd sakini X5 Daxili İşlər Nazirliyinin 102 xidmətinə etdiyi şikayətlə əlaqədar Şəxs 28 yanvar 2023-cü il tarixdə Qobustan rayon şöbəsinin xidməti binasına gəlmişdir. Ondan izahat alınan zaman o, özünü çox aqressiv apararaq izahat verməkdən imtina etmiş, ona qarşı kobudluq edərək zor tətbiq etmişdir. Onu dəfələrlə nizam-intizama dəvət etməyinə baxmayaraq Şəxs əməllərini davam etmiş və xidməti otaqda olan mebel dəstinin şüşəsini sındırmış, polisin qanuni tələblərinə tabe olmamışdır. X2 ifadə verərək göstərdi ki, Qobustan rayon polis şöbəsində CAB-in əməliyyat müvəkkili işləyir. 28 yanvar 2023-cü il tarixdə xidməti otağında olarkən inzibati binanın birinci mərtəbəsindən səs-küy eşidib ora getmiş və orada sonradan adını bildiyi Şəxs baş təhqiqatçı Elşən Eyvazovla mübahisə etdiyini, onun qanuni tələblərinə tabe olmadığını görmüşdür. Şəxs nizam-itizama dəvət etmiş, o isə hərəkətlərini davam etdirmişdir. Elşən Eyvazovun otağına girdikdə mebelin şüşələrinin sınaraq yerdə olduğunu görmüşdür. Polis şöbəsinin əməkdaşı X1 Samir Həsən oğlu ilə eyni məzmunlu izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxsin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Həbsetmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-59/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-59/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver