Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-59/2024 28.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, xx xxxxxxxx 1997-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, Sədəf kəndində qeydiyyatda olan Şəxs Qobustan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 3(026)-59/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi vəsatətə baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 3(026)-59/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Şəxs vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 2023-cü ildə idarə etdiyi avtomaşınla yol-hərəkəti qaydalarını pozduğundan barəsində İXM-in müvafiq maddələri ilə EQ17776115 və EQ18013323 nömrəli inzibati xəta haqqında elektron protokollar tərtib olunmuşdur. Onun həmin vaxt imkanı olmadığından cərimələri ödəməmişdir və cərimələrin üzərinə dəbbə pulu hesablanmışdır. Ona görə də Qobustan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 3(026)-59/2024 saylı qərarı ilə sürücülük vəsiqəsinə 6 ay müddətinə məhdudiyyət qoyulmuşdur. O, həmin protokollar üzrə cərimələri ödəmişdir və hal-hazırda heç bir cəriməsi yoxdur. Ona görə də məhkəmənin 18 mart 2024-cü il tarixli, 3(026)-59/2024 saylı qərarına xitam verilməsini xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə vəsatətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. “AsanPay” elektron ödəniş sistemi vasitəsilə yoxlanılarkən Şəxs EQ18013323 və EQ17776115 nömrəli qərarlar üzrə cərimə və dəbbə pulunu ödədiyi müəyyən olunmuşdur. İXM-in 152.5-ci maddəsinə əsasən, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə və dəbbə pulunu ödədiyi üçün Qobustan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 3(026)-59/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115, 128, 129, 130 və 152-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində qəbul edilmiş Qobustan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 3(026)-59/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına İXM-in 152.5-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-59/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-59/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver