Məhkəmə qərarları › İş №3(026)-60/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-60/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-60/2022 16.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1996-cı ildə Qobustan rayonunun Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Çalov kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 211.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 15 mart 2022-ci il tarixdə Qobustan rayonunun “SON” adlanan ərazisində mağazanın qarşısında tibbi maska istifadə etmədiyinə görə ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı və ictimai qaydanı pozaraq səs-küy saldığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 15 mart 2022-ci il tarixdə saat 15:05-də Qobustan rayonunun “SON” adlanan ərazisində yerləşən “Ramil” marketdən alış-veriş edən zaman tibbi maskadan istifadə etmədiyinə görə polis əməkdaşları ona yaxınlaşaraq foto şəklini çəkmiş və ona Qobustan rayon polis şöbəsinə getməsini təklif etmişlər. O polis əməkdaşlarına polis şöbəsinə getməyəcəyini və getməsinin səbəbini söruşduğuna görə isə aralarında mübahisə yaranmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 izahatında göstərdi ki, 15 mart 2022-ci il tarixdə Qobustan rayonunun “SON” adlanan ərazisində polis əməkdaşları Tural Ağayev və Paşa Qocayevlə birlikdə xidmətdə olan zaman “Ramin” adlanan marketdə karantin qaydaları ilə əlaqədar reyd aparan zaman mağazada olan bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini görüb onun foto şəklini çəkmiş və marketdən çıxdıqdan sonra həmin şəxsə yaxınlaşaraq onun soyadını və adı soruşmuşlar. Həmin şəxs isə onlara heç bir söz demədən marketdən çıxıb getdiyinə görə onu saxlayaraq onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, isə onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşları X4 və X5 şahid X1 izahatına uyğun eyni məzmunlu izahat verdilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Baxşiyev Elməddin İlqar oğlu Azərbaycan Respublikası İXM-in 211.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən əməlindən peşman olmasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar