Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-60/2023 31.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakı ilə, 22 noyabr 1984-cü ildə Şamaxı rayonunun Təsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təsi kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 20 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Qobustan rayonunun Təsi kəndində qardaşı X4 ilə aralarında yaranmış mübahisə zamanı Zaman Mustafayevi döyərək ona xəsarət yetirdiyi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zaman Mustafayev onun qardaşıdır və münasibətləri normal olmuşdur. 20 dekabr 2022- ci il tarixdə saat 20 radələrində o, Qobustan rayon, Təsi kəndində atasına məxsus olan fərdi yaşayış evinə gəlmişdir. Bu vaxt isə bir səbəb olmadan Zaman onunla mübahisə etməyə başlamışdır. Hazırda qardaşı Zamanla barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi. X1 izahatında bildirdi ki, Şəxs qardaşıdır və münasibətləri normal olmuşdur. Təxminən 10 gün əvvəl Nurlandan 12 manat borc pul almışdır. 20 dekabr 2022-ci il tarixdə isə Nurlan ondan 12 manat borcunu geri istəməsi səbəbindən aralarında mübahisə yaranmış və mübahisə zamanı Nurlan onun ayaq hissəsindən təpiklə zərbə və boyun hissəsindən isə sillə ilə vuraraq onu döymüşdür. Hazırda qardaşı Nurlanla barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. Qobustan rayon polis şöbəsinin istintaq qrupunun 13 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının surətindən görünür ki, X2 müraciəti əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin istintaq qrupunun 13 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının surətindən görünür ki, Şamaxı rayon MTE və PA birliyinin verdiyi 05 yanvar 2023-cü il tarixli 02 nömrəli rəyinə əsasən X2 məhkəmə tibbi ekspertizası zamanı bədənində aşkar edilən xəsarətlər- sağ topuq nahiyyəsinin səthi yarası küt əşya təsirindən törənməklə 20 dekabr 2022-cr il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törədən Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-60/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-60/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver