Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-61/2022 16.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 18 avqust 1956-cı ildə Şamaxı rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14 mart 2022-ci il tarixdə Qobustan rayonunun Yekəxana kəndi ərazisində polis əməkdaşları Xəyyam Məmmədovu və Aqil Şirəliyevi təhqir edərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 14 mart 2022-ci il tarixdə evində olarkən saat 07 radələrində qardaşının həyat yoldaşı onu çağıraraq ayaqyolunun qarşısında bir neçə adamın olduğunu və ayaqyolunda isə adam olduğunu deyərək həmin adamların kənarlaşdırılmasını ona dediyinə görə həmin şəxslərə yaxınlaşaraq orada dayanmalarının səbəbini soruşmuş və kənarlaşmalarını onlara demişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Buna görə üzr istəmiş, barışmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, 14 mart 2022-ci il tarixdə Yekəxana kəndindi ərazisində xidmətdə olarkən bir nəfər şəxsin onlara yaxınlaşaraq dayanmalarının səbəbini soruşaraq onları nalayıq söyüşlərlə söymüşdür. Həmin şəxsi Qobustan rayon polis şöbəsinə dəvət etsələr də, o polis şöbəsinə getməkdən imtina etmişdir. X1 şahid X2 izahatına uyğun eyni məzmunlu izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-61/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-61/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver