Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-610/2022 16.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1997-ci ildə Şamaxı rayonunun 2-ci Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu 2-ci Çaylı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDi: Qobustan rayon məhkəməsinə Qobustan rayon Polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Qobustan rayonunun Xilmilli kəndi ərazisində Şəxs qundaq hissəsi nömrəsiz, lülə hissəsi 13-09237 nömrəli silahla ov etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şamaxı rayonunun 2-ci Çaylı kəndində yaşayır. 06 oktyabr 2022-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndi ərazisində qundaq hissəsi nömrəsiz, lülə hissəsi 13-09237 nömrəli silahla ov etmək istəyən şəxs nə o, nə də ki, qardaşı olmamışdır. Onlar ova getmir, silahdan da istifadə etmirlər. İnzibati xəta törədən şəxs Şəxs bu əməli iş üzrə toplanmış sübutlarla təsdiq olunur. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin 03 noyabr 2022-ci il tarixli MN ******* saylı protokolunda 06 oktyabr 2022-ci il tarixdə X1 qundaq hissəsi nömrəsiz, lülə hissəsi 13-09237 nömrəli silahla ov etməyə cəhd etməsi göstərilmiş, Qobustan rayon məhkəməsi 17 noyabr 2022-ci il tarixdə 3(026)-581/2022 saylı qərardadı ilə Qobustan rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 03 noyabr 2022-ci il tarixli İXP ******* saylı protokol natamam tərtib edildiyini, inzibati xəta haqqında materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından sənədləri Qobustan rayon polis şöbəsinə geri qaytarmişdir. Lakin Qobustan rayon polis şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində 29 noyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilərək Qobustan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Şəxs məsulliyətini yüngülləşdirən və ağırlandıran hal yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 590.2-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib qundaq hissəsi nömrəsiz, lülə hissəsi 13-09237 nömrəli ov silahı müsadirə edilməklə 80 manat məbləğində inzibati cərimə edilsin. Bir ədəd qundaq hissəsi nömrəsiz, lülə hissəsi 13-09237 nömrəli silahla ov silahı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təchizat anbarına təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-610/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-610/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver