Məhkəmə qərarları › İş №3(026)-614/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-614/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-614/2022 12.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 və onun nümayəndəsi X1 iştirakı ilə, xx xxxx 1954-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 24 oktyabr 2022-ci il tarixdə X1 qolundan və yaxasından tutaraq ona fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Mustafayev Ağababa və Mustafayev Orxan onun həmkəndliləridir və münasibətləri pis olmuşdur. Bir neçə müddətdir aralarında torpaq məsələləri vardır. 24 oktyabr 2022-ci il tarixdə o özünə məxsus olan torpaq sahəsini şumlamaq məqsədilə Qobustan rayon, Göydərə kəndində əkin sahələrinə getmişdir. O, əkin sahələrinə getdikdən sonra həmkəndliləri Ağababa və Orxan adlı şəxslər onun yanına gəlmişdir. Aralarında olan əvvəlki münasibətlər səbəbindən mübahisə yaranmış və mübahisə zamanı Orxan adlı şəxs onun qolundan tutaraq yerə yıxmış və bədəninin müxtəlif yerlərindən yumruqla zərbələr vuraraq onu döymüşdür. Daha sonra isə o, polis əməkdaşlarına məlumat vermişdir. Hadisə zamanı o, Ağababa adlı şəxsə qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Həmçinin Ağababa adlı şəxs onu döyməmişdir, sadəcə hadisə zamanı orada olduğu üçün belə bır məlumat vermişdir. Zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, Şəxs həmkəndlisidir və münasibətləri normal olmuşdur. Şəxs əkin sahəsi Göydərə kəndi ərazisində ona məxsus olan əkin sahəsi ilə sərhəddir. Buna görə də arabir aralarında mübahisələr baş vermişdir. 24 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Şəxs Bəhruz adlı şəxsin idarə etdiyi traktorla şumlama işləri apardığını görmüşdür. O, Şəxs yaxınlaşıb onun ərazisinə keçməməsini bildirmişdir. Bu səbəbdən də onunla Əsbət arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Əsbət onun paltarının yaxasından və qolundan yapışıb onu itələyərək oradan uzaqlaşdırmağa başlamışdır. Qoca olduğuna görə Şəxs müqavimət göstərə bilməmişdir, Əsbət onu sürümüşdür. Baş verən hadisələri isə Orxan Mustafayev videogörüntüyə almışdır. Zərərçəkmiş şəxs X1 nümayəndəsi X6 məhkəmə iclasında X3 ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 23 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs, X3 və X4 əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin TQ-nin 23 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, MTE və PAB-in verdiyi 185 saylı rəyə əsasən X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində heç bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. Qobustan rayon polis şöbəsinin TQ-nin 23 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, MTE və PAB-in verdiyi 241 saylı rəyə əsasən Şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində heç bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. Qobustan rayon polis şöbəsinin TQ-nin 23 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki X4 İQ-na təqdim etdiyi videogörüntülərdən görünür ki, 24 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Qobustan rayon, Göydərə kəndi ərazisində Şəxs X1 paltarının yaxasından və qolundan tutaraq itələməklə X2 fiziki ağrı yetirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar