Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-62/2022 28.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 329.3, 329.1, 332.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Qobustan rayonunun Qobustan şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 329.1, 332.1 və 334.1-ci maddələri ilə inzibati xəta törətməsi barədə 23 mart 2022-ci il tarixli, İXP ******* saylı protokol daxil olmuşdur. Şəxs izahatında göstərdi ki, 21 mart 2022-ci il tarixdə təxminən saat 19-radələrində o, Qobustan şəhərində qonşusu X1 məxsus VAZ-2101 markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşmış və açarın avtomobilin üstündə olduğunu görüb Şirinə heç bir söz demədən avtomobili idarə edərək çörək almaq üçün marketə getmişdir. Həmin vaxt yol patrul avtomaşını dönmə işığından istifadə etmədiyi üçün ona saxla işarə verdiyinə görə avtomaşını saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ondan sənədlərini təqdim etməsini tələb etmişdir. Polis əməkdaşına sürücülük hüququ olmadığını demişdir. Bundan sonra polis əməkdaşı onun nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss edib alkotestr vasitəsi ilə yoxlamış və onun spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Həmin axşam evində 200 qram spirtli içki qəbul etmişdir. X2 polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, VAZ-2101 markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomaşın etibarnamə ilə ona məxsusdur. Avtomaşın köhnə olduğundan açarı çıxarıb taxmaqda çətinlik çəkir. 21 mart 2022-ci il tarixdə saat 19 radələrində qonşusu Şəxs ona heç bir söz demədən avtomobili idarə edərək çörək almaq üçün marketə getmişdir. O, iş yerində olmuşdur, Raufun avtomaşını aparmasından da xəbəri olmamışdır. Qobustan rayon polis şöbəsinin 23 mart 2021-ci il tarixli protokolunda Şəxs avtomobili sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan və sahibinə demədən sürüb getdiyi göstərilmişdir. Bundan əlavə X2 izahatında Şəxs onun avtomaşınını ona demədən icazəsiz apardığını göstərmişdir. Lakin bu xüsusata heç bir hüquqi qiymət verilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Şəxs Əlizaman oğlu barədə xüsusatlar tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə hesab edir ki, sərxoş vəziyyətdə özgənin ənlakını icazəsiz götürməsi kimi əməllərin qeyd olunan şəxs tərəfindən törədilməsi tam və hərtərəfli aydınlaşdırılmamış və hüquqi qiymət verilməmişdir, çünki Şəxs əməlində cinayətin əlamətləri olub-olmaması aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 329.3, 329.1, 332.1 və 334.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, əməldə cinayət tərkibi olduğuna görə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə material Qobustan rayon prokurorluğuna göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 329.1, 332.1 və 334.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında 23 mart 2022-ci il tarixli İXP ******* saylı protokol üzrə inzibati material Qobustan rayon prokurorluğuna göndərilsin. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-62/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-62/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver