Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-63/2021 29.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1980-ci ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə yaşadığı Qobustan şəhərində həmkəndliləri X2 və X3 ilə mübahisə edib onları söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan şəhərində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə Qobustan şəhərində yerləşən evində spirtli içki qəbul etdikdən sonra həmin gün çöldə hava qarlı olduğu üçün çölə çıxıb gəzmək istəmişdir. Həmin vaxtı həmkəndlisi İmran Həşimovu görmüşdür. O, İmrana yaxınlaşaraq hara getdiyini soruşmuş, İmran isə ona işinin olduğunu ona görə “Son” adlanan əraziyə getdiyini demişdir. O, İmranla birlikdə getmək istəsə də İmran ona icazə vermədiyinə görə aralarında mübahisə yaranmışdır. O, mübahisə zamanı İmrana qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Bir müddət sonra isə İmran öz oğlu Teymuru çağırmış və Teymur onun yanına gəldikdən sonra isə niyə atası İmran ilə mübahisə etdiklərini soruşmuşdur. O, isə cavab olaraq heç bir problem olmadığını deyərək onlarla sağollaşmışdır. Daha sonra isə İmranın hadisə barədə polisə məlumat verdiyini eşitmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, Qobustan şəhərində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 23 radələrində pensiya kartından pul çıxarmaq üçün Qobustan şəhəri ərazisinə gedirmiş, həmin vaxtı həmkəndlisi Şəxsla qarşılaşmışdır. Qədir ondan hara getdiyini soruşmuş o, isə işinin olduğunu demişdir. Qədir həmin vaxt içkili olduğu üçün onunla əvvəlcədən aralarında yaranmış şəxsi münasibətlərdən onu söyməyə başlamışdır. Qobustan şəhəri ərazisində yerləşən “Seymur” restoranın qarşısında onu bıçaqla öldürməklə hədələmişdir. O, bundan sonra həmin yerdən qaçaraq uzaqlaşmışdır. Hadisə barədə oğlu Teymura zəng edərək məlumat vermişdir. Oğlu Teymur təxminən 5 dəqiqə sonra həmin yerə gəlmiş və Qədirlə söhbət eləməyə başlamışdır. Qədir içkili olduğu üçün Teymurla da mübahisə etməyə başlamışdır. Həmin vaxt Qədir onun oğlunu da söyüb təhqir etməyə başlamışdır. Oğlu isə Qədirdən uzaqlaşaraq polisə məlumat vermişdir. İşdə olan Qobustan rayon polis şöbəsinin xx xxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-63/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-63/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver