Məhkəmə qərarları › İş №3(026)-655/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-655/2022

27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-655/2022 27.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Eıman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Qobustan rayonunun Təklə kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə 27 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokol daxil olmuşdur. Qobustan rayon polis şöbəsindən daxil olmuş 27 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 17 oktyabr 2022-ci il tarixdə X4 vuraraq dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Şəxs izahatında göstərdi ki, Qobustan rayon Təklə kəndində qeydiyyatda olmaqla yaşayır. Təklə kəndi Acıdərə adlanan ərazidə fermaları var, orada mal-qara saxlayırlar. X1 tanıyır və münasibətləri normal olmuşdur. 17 oktyabr 2022-ci il tarixdə fermada olan zaman Əfqanın öz heyvanlarını onların fermasının yaxınlığında otarmasını görən zaman Əfqana yaxınlaşaraq heyvanlarını fermanın ərazisindən uzaqda otarmasını tələb edərkən Əfqanın onun sözlərinə məhəl qoymayaraq heyvanları otarmaqda davam etmişdir. Əfqanın heyvanlarını fermanın ərazisindən qovub kənara çıxarmaq istəyərkən Əfqan onu dəmr parçası və sillə ilə vurmuşdur. Əfqan Məhərrəmovun onu döyməsi barədə əmisi Əzizə zəng edib məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra əmisi Əziz fermaya gələrək əmisi ilə birlikdə Əfqanın heyvanlarını fermadan uzaqlaşdırmişlar. Həmin vaxtı Əfqanın çobanı Rövşəni döyməmişlər. X6 izahat verərək göstərdi ki, Qobustan rayon Təklə kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Lakin özünün fərdi təsərrüfatı var, qoyunçuluqla məşğuldur. Heyvanlarını o, yayda yaylaqda, qışda isə qışlaqda saxlayır və qışlağı Abşeron rayonu ərazisindədir.X5 həmkəndlisidir, münasibətlərinin soyuq olduğundan çox vaxtı onunla danışmır. Bu səbəb də təxminən 5-6 il əvvəl Abşeron rayonunda yerləşən qışlaqda mübahısə etmələridir. 17 oktyabr 2022-ci il tarixdə yaylaqdan qayıdıb qışlaqa gedən zaman heyvanlarını yer örən olduğu üçün Təklə kəndində olan evlərində saxlamaq qərarına gəlmişdir. X7 fermasının ətrafında olan və kənd bələdiyyəsinə aid olan sahədə otaran zaman Seyranin onun çobanı Rövşəni heyvanlarla birlikdə oradan qovaraq heyvanlarını otlamağa qoymamışdır. O çobanı Rövşənin yanına gələn zaman Rövşənin ona bu barədə deməsindən sonra özü də həmin əraziyə gedərək heyvanlarını otaran Seyranin oğlu Kamranın və qardaşı Əzizin onun yanına gələrək heyvanlarını orda otarmağa qoymadıqları üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı çobanı Rövşəni Kamran daşla və ağacla vurmuşdur. Bu barədə Azərbaycan Respublikası DİN-nın 102 xidmətinə zəng etmişdir. Hadisə yerinə Qobustan rayon polis əməkdaşları gələrək onları sakitləşdirmiş, polislər gedəndən sonra yenə həmin əraziyə heyvanları otarmağa aparmışdır. Əziz və Kamran yenidən onun yanına gələrək onu oradan qovmuş, ona məxsus olan 120000 manat dəyərində 600 baş qoynunun onlar tərəfindən aparıldığı barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan heyvanlarını bir yerə toplayan zaman heyvanlarının dərələrdə olduğunu görmüş,onlardan 40-a yaxın heyvan hələ də tapılmır. Bir neçə heyvanının Əziz və Kamran tərəfindən vurularaq xəsarət yetirildiyini görmüşdür. Həmin günü axşamı mübahisəli ərazidən kənarda heyvanlarını tək otaran zaman Kamran və babası Ağanəzərın onun yanına gələrək maşınlarını onun heyvanlarının üzərinə sürmüş, sonra oradan getmişlər. Onlar gedəndə təxminən 20 dəqiqə sonra Seyran, Əziz və Kamran yenidən onun yanına gələrək ona hücum etmiş, onu yerə yıxaraq ağac, daş, yumruq və təpiklə vuraraq onu düymuş, onu silahla hədələmişlər. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 29 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X6 və X5 müraciəti əsasında başlanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X6 barəsində Azərbaycan Respublikası İXM-in 157, 227-ci və 564-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat açılması üçün qəbul edilmiş qərarın surəti və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılması üçün qəbul edilmiş qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Qobustan rayon polis şöbəsinin TQ-nin 29 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarındakı MTE və PA birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilən 175 nömrəli rəydən görünür kı, X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni uzənndə aşkar edilən xəsarətlər-qaşlararası sahənin və sağ əlin 2-ci barmağının qançırları xx.xx.2022-cı ıl tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qobustan rayon polis şöbəsinin TQ-nin 29 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarındakı MTE və PA birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 174 nömrəli rəydən görünür kı, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilən xəsarətlər-boynun sol yan səthinin sağ said nahiyələrinin sıyrıqları xx.xx.2022-ci ıl tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qobustan rayon polis şöbəsinin TQ-nin 29 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarındakı MTE və PA birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 177 nömrəli rəydən görünür ki.X3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarətlər aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Şəxs və əməli üzrə araşdırma tam aparılmamış, onunla yanaşı digər şəxslərin əməli tam araşdırılmamış, onların əməlinə düzgün hüquqi qiymət verilməmiş, araşdırma tam və ətraflı aparılmamışdır. Belə ki, iş üzrə silahla hədələməyə, yaxud digər xüsusatlara hüquqi nəticə verilməsi tam və hərtərəfli olmamış, səthi nəticə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, əməldə cinayət əlaməti olduğuna görə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə material Qobustan rayon prokurorluğuna göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında 27 dekabr 2022-ci il tarixli MN 171561 saylı protokol üzrə inzibati material Qobustan rayon prokurorluğuna göndərilsin. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar