Məhkəmə qərarları › İş №3(026)-656/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-656/2022

27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-656/2022 27.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx xxxxx 1988-ci ildə Şamaxı rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonun Nabur kəndində qeydiyyatda olan, faktiki Qobustan rayonunun Cəngi kəndində yaşayan X4 barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı protokolda X1 04 noyabr 2022-ci il tarixdə X5 döydüyü və eyni zamanda evinin qapısını sındıraraq ona 50 manat zərər vurduğu göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək bildirdi ki, Quli Şıxəliyev ilə əvvəlcədən tanışlığı vardır. Münasibətləri pis olmuşdur. xx.xx.2022-ci il tarixdə o, Qobustan rayonu, Cəngi kəndində olmuşdur. Həmin tarixdə saat 22 radələrində o, öz evinə gedərkən Quli Şıxaliyevin onu söyüb təhqir etdiyini eşitmiş və Qulidən bunun səbənini soruşmuşdur. Quli isə “yaxşı edirəm”- dedikdə o, Qulinin sifət nahiyyəsindən yumruqla zərbə vuraraq onu döymüşdür. Zərərçəkmiş şəxs X6 təhqiqat zamanı izahatında göstərmişdir ki, X4 ilə əvvəlcədən tanışdır və münasibətləri pis olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində, o yaşadığı evinin qarşısında olmuşdur. Bu vaxt isə onun evinin qarşısından keçən Vasif onun yanına gəlmiş və onu söyüb təhqir etməyə başlamışdır. O, isə Vasifi sakitləşməyə dəvət etsə də, Vasif onun sifət nahiyyəsindən yumruqla zərbə vuraraq döymüşdür. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 05 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X1 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. X1 barəsində Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələri ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Qobustan rayon polis şöbəsinin TQ-nin 05 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Şamaxı rayon MTE və PA birliyinin verdiyi 184 nömrəli sağlamlığa zərər vurmanın təyini rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilən xəsarətlər—burun kökünün, alının sol yarısının sıyrıqları, sağ əlin 1ci barmağının, 1-ci falanqasının qançırı küt əşya təsirindən xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən törənməsi mümkündür. Qobustan rayon polis şöbəsinin TQ-nin 05 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında təhqiqat zamanı zərərçəkmiş şəxs X3 həyət qapısına 50 manat ziyan vurduğu müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahatını dinləyib, eləcə də iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün X4 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə X4 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar