Məhkəmə qərarları › İş №3(026)-658/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-658/2022

28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-658/2022 28.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 22 avqust 1978-ci ildə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDi: Qobustan rayon məhkəməsinə Qobustan rayon Polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda 22 dekabr 2022-ci il tarixdə Qobustan rayonu Qobustan şəhər ərazisində Şəxs özünə məxsus mağazada satılması qadağan olunan altı ədəd böyük və iyirmi üç ədəd kiçik pirotexniki vasitələri aşkar olunduğu göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan şəhərində özünə məxsus mağaza işlədir, mağazasında keçən ildən 6 ədəd böyük, 23 ədəd isə balaca fişənglər qalmışdır. Həmin fişəngləri satmaq məqsədilə mağazada saxlamışdır. Şahid Qobustan rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, 22 dekabr 2022-ci il tarixdə Qobustan rayonu Qobustan şəhər ərazisində Şəxs özünə məxsus mağazadan satılması qadağan olunan altı ədəd böyük və iyirmi üç ədəd kiçik pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür. İnzibati xəta törədən şəxs Şəxs bu əməli iş üzrə toplanmış sübutlarla təsdiq olunur. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, Şəxs məxsus mağazadan 29 ədəd pirotexniki vasitələri aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 28 fevral 2013-cü il tarixdə qeydiyyata alınmış Fiziki şəxsin X3 şəhadətnamənin surətindən görünür ki, Şəxs adına ********** nömrəli (VÖEN) açılmışdır. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs Okyat oğlu Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Şəxs məsulliyətini yüngülləşdirən və ağırlandıran hal yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 442-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın obyekti olmuş mallar müsadirə edilməklə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinib 29 ədəd pirotexniki vasitələr dövlət xeyrinə müsadirə edilsin və o, 1800 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar