Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-661/2022 29.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 iştirakı ilə, xx xxxx 1985-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Poladlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 29 dekabr 2022-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasında polisin qanuni tələbinə tabe olmayaraq xidməti iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barələrində olan araşdırma ilə əlaqədar 29 dekabr 2022-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasında təhqiqatçının xidməti otağında olarkən təhqiqatçı anası Bəyistana otağı tərk etməsini bildirərək onun qolundan tutmuşdur. O da Şükran Cavadzadənin uca səslə anasının qolunu buraxmasını bildirmişdir. Şükran Cavadzadənin yaxından yapışmamışdır. Lakin səs-küy salmışdır. Əməlindən peşmandır. Səhvini başa düşür. Zərərçəkmiş şəxs X7 verdiyi izahatında göstərdi ki, Qobustan rayon polis şöbəsində təhqiqatçı işləyir. Şəxs qonşusunun ondan şikayətinin araşdırılması üçün şöbəyə dəvət olunmuşdur. O, anası Bəyistan Əmrahova ilə birlikdə gəlmişdir. Onun xidməti otağında Bəyistan Əmrahovanın səs-küy salmağa başladığını görüb onu otaqdan çıxarmaq istəmişdir. Həmin vaxtı Orxan da anası ilə birlikdə səs-küy salaraq onun qanuni tələbinə riayat etməmiş, onun yaxasından tutub itələmişdir. X10 peşman olmuşdur. X6 ifadə verərək göstərdi ki, Qobustan rayon polis şöbəsində baş təhqiqatçı işləyir. 29 dekabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində xidməti otağında olarkən təhqiqatşı Şükran Cavadzadə xidməti otağından kiminsə ucadan danışdığını eşidib otağa daxil olmuş və həmin zaman otaqda bir nəfər şəxsin Şükran Cavadzadə ilə uca səslə danışdığını görmüşdür. O da həmin şəxsi nizam-intizama dəvət edərək asta səslə danışmasını və mübahisə etməməsini bildirmişdir. Lakin həmin şəxs onunla da kobud danışaraq öz hərəkətlərini davam etdirmişdir. X2 ifadə verərək göstərdi ki, 29 dekabr 2022-ci il tarixdə Qobustan rayon polis şöbəsində novbətçi olmuşdur. X4 xidməti otağından səs-küy gəldiyini eşidib otağa girmiş və otaqda bir nəfər qadın və bir nəfər oğlanın uca səslə Şükran Cavadzadə ilə danışdığını görmüşdür. Baş təhqiqatçı X11 ilə birlikdə həmin şəxsləri nizam-intizama dəvət etsələr də onlar öz hərəkətlərini davam etdirmişlər. X9 ifadə verərək göstərdi ki, 29 dekabr 2022-ci il tarixdə Qobustan rayon polis şöbəsində olan zaman X4 xidməti otağından səs-küy gəldiyini eşidib otağa girmiş və otaqda bir nəfər qadın və bir nəfər oğlanın uca səslə Şükran Cavadzadə ilə danışdığını görmüşdür. Polis əməkdaşları ilə birlikdə həmin şəxsləri nizam-intizama dəvət etsələr də Şəxs Şükran Cavadzadənin yaxasından tutaraq onların qanuni tələbinə tabe olmamışdır. X1 izahatında göstərdi ki, 29 dekabr 2022-ci il tarixdə oğlu Şəxsla birlikdə barələrində aparılan araşdırma ilə əlaqədar Qobustan rayon polis şöbəsində təhqiqatçının xidməti otağında olarkən təhqiqatçı Şükran Cavadov onun qolundan tutaraq otağı tərk etməsini bildirmişdir. Orxan da Şükrana uca səslə “anamın qolunu burax” –dedikdə, Şükran Orxana üstünə niyə qışqırdığını irad tutmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxsin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-661/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-661/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver