Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-67/2021 30.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 qızının iştirakı ilə, xx xxx 1974-cü ildə Şamaxı rayonunun Bədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Bədəlli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş protokolda Şəxs xx xxxx 2021-ci il tarixdə yaşadığı evdə arvadı X2 döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayonunun Bədəlli kəndində yaşayır. Ülviyyə Paşayeva ilə ailəlidir. xx xxxx 2021-ci il tarixdə Ülviyyə ilə aralarında maddi imkanlarının zəif olması səbəbindən mübahisə yaranmışdır. Lakin Ülviyyəyə qarşı heç bir zor tətbiq etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, Qobustan rayon Bədəlli kəndində qeydiyyatda olmaqla yaşayır. Şəxslə 10 ildir ki, evlidir. 4 övladları vardır. Kamranla evli olduğu müddət ərzində aralarında söz-söhbət olmuşdur. xx xxxx 2021-ci il tarixdə təxminən saat 14 radələrində yaşadığı evdə Kamran əsassız mübahisə yaradaraq onu söyməyə başlamışdır. Mübahisə zamanı Kamran onun sol əlini divara vuraraq onu döymüşdür. Sonra isə bədəninin müxtəlif yerlərindən təpiklə zərbələr vurmuş və saçından tutaraq yolmuşdur. Ona görə də evdən həyətə qaçaraq qardaşı Təhmasibə zəng edib Kamranın onu döyməsi barədə məlumat vermişdir. Kamran onu döyən zaman orada heç kim olmamışdır. Onu bağışlamır, cəza verilməsini istəyir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin xx xxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin xx xxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, MTE və PAB-in Şamaxı rayon şöbəsinin verdiyi 27 saylı rəyə əsasən X1 məhkəmə tibbi müayinəsi zamanı sol əlin arxa səthinin bir ədəd qançırı aşkar edilmişdir. Həmin xəsarətlər qərarda göstərilən tarıxdə və şəraitdə, yəni xx xxxx 2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. X1 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-67/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-67/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver