Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-67/2023 31.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1987-ci il tarixdə Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 31 yanvar 2023-cü il tarixli protokolda göstərilir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(002)-1010/2022 saylı icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X5 bildirdi ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(002)-1010/2022 saylı icra sənədinə əsasən 04 mart 2022-ci il tarixdən başlayaraq 22 may 2013-cü il tarixdə anadan olmuş X7, 13 oktyabr 2014-cü il tarixdə anadan olmuş X8 və 11 oktyabr 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment tutulub X4 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 1400 manat aliment borcu yaranmışdır. Bundan başqa Qobustan rayon məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(026)-403/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 7000 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar X1 veilməsi ilə əlaqədar borcluya icra vərəqəsi üzrə borclu tələbkara 700 manat ödəniş miş, lakin qalan 6300 manat borcunu ödəməmişdir. Borcluya rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs Qobustan rayon icra və probasiya şöbəsinə gətirilməsinə köməklik göstərilməsi üçün Qobustan rayon polis şöbəsinə məktubla müraciət edilmiş, 26 yanvar 2023-cü il tarixdə e- 261233/2022-32-5 saylı qərarla borclu Şəxs barəsində axtarış elan edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(002)-1010/2022 saylı icra sənədinə əsasən 04 mart 2022-ci il tarixdən başlayaraq 22 may 2013-cü il tarixdə anadan olmuş X7, 13 oktyabr 2014-cü il tarixdə anadan olmuş X8 və 11 oktyabr 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment tutulub X4 verilməsi və Qobustan rayon məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(026)-403/2021 saylı icra sənədinə əsasən ondan 7000 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar X1 veilməsi qət edilmişdir. 2022-ci ilin noyabr ayına kimi aliment borcu ödəmiş, Güloğlan Hümbətova olan borcundan da 700 manat ödəniş etmişdir. Lakin hazırda işi olmadığı üçün nə aliment borcunu, nə də ki, Güloğlan Hümbətova olan borcunu ödəməyə maddi imkanı yoxdur. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(002)-1010/2022 saylı icra sənədinndən görünür ki, 04 mart 2022-ci il tarixdən başlayaraq 22 may 2013-cü il tarixdə anadan olmuş X7, 13 oktyabr 2014-cü il tarixdə anadan olmuş X8 və 11 oktyabr 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment tutulub X4 verilməsi qət edilmişdir. Qobustan rayon məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(026)-403/2021 saylı icra sənədindən görünür ki, borclu Şəxs 7000 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 31 yanvar 2023-cü il tarixli 261233/2022-32- 5 saylı bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli 2(002)-1010/2022 saylı və Qobustan rayon məhkəməsi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli 2(026)-403/2021 saylı icra sənədi ümumi icraatda birləşdirilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 26 yanvar 2023-cü il tarixli 261233/2022-32- 5 saylı borclunun axtarışı haqqında qərarından görünür ki, xx xxxxxxx 1987-ci il təvəllüdlü Qobustan rayonunun Ərəbqədim kənd sakini Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Həbsetmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-67/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-67/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver