Məhkəmə qərarları › İş №3(026)-68/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-68/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-68/2021 30.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, Şəxs iştirakı ilə xx xxx 1990-cı ildə Şamaxı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsində daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yerləşən X1 məxsus mağazadan 70- 80 manat məbləğində pulu oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə spirtli içki qəbul etdiyi üçün özünü idarə bilmədiyindən Təklə-Mirzəbaba kəndində yerləşən həmkəndlisi X1 məxsus mağazasına daxil olaraq mağazanın kassa aparatında olan 45 manat pulu, 4 ədəd 3 manatlıq “Sim” konturları və 10 ədəd “Palmali” seqaretini gizli olaraq oğurlamışdır. Mağazadan götürdüyü pulu Əlimövsümə qaytaracaq. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Qobustan rayonunun Təklə- Mirzəbaba kəndində özünə məxsus mağazası vardır. xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində mağazanı bağlayaraq yaşadığı evə getmişdir. xx xxxxxx 2021-ci il tarixdə saat 09 radələrində mağazanı açaraq daxil olmuş, mağazaya daxil olan zaman, mağazanın pəncərəsinin açıq olduğunu görmüşdür. Mağazadakı kassadan 45 manat pulun, 4 ədəd 3 manatlıq sim konturun və 1 blok yəni, 10 ədəd 1 ədədinin qiyməti 2 manat 40 qəpik olan “Palmali” siqaretinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Dərhal DİN-102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş, bir müddət keçdikdən sonra polis əməkdaşları gəlmiş, müvafiq sənədləşmə işləri apardıqdan sonra onlar getmişlər. Hadisə nəticəsində ona ümumilikdə 81 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Qobustan rayon polis şöbəsinin xx xxxxxx 2021-ci il tarixli cinayət işlərinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. HK-1/29 saylı material üzrə Azərbaycan Respublikası İXMin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Qobustan rayon polis şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib ona iki yüz saat ictimai işlər tənbehi tətbiq olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar