Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-68/2022 29.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Şamaxı rayonunun Göydərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 28 mart 2022-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasının 3-cü mərtəbəsində istintaq qrupunun baş müstəntiqi X4 xidməti otağında səs-küy salaraq və etdiyi hərəkətlərə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 28 mart 2022-ci il tarixdə kürəkəni X5 ona zəng edərək Qobustan rayonunun polis şöbəsində olduğunu və polis şöbəsində yazılan izahatı başa düşmədiyini deyərək ora gəlməsini ondan xahiş etdiyinə görə şöbəyə gəlmişdir. Şöbədə polis əməkdaşı Fərid Fətəliyevlə qarşılaşmış və Fərid Fətəliyev onunla aralarında əvvəllər olmuş ədavətdən söhbət açmışdır. Həmin zaman hər ikisi səslərini ucaltmış və işçilər onların səslərinə gələrək nə baş verdiyi soruşmuşlar. Onlar da heç bir problem olmadığını və aralarında əvvəldən olan ədavətlə bağlı söhbət etdiklərini bildirmişlər. Məhkəmə iclasında şahid X9 izahat verərək göstərdi ki, Qobustan rayon polis şöbəsində İQ-un baş müstəntiqi işləyir. İcraatında olan HK1-61 nömrəli materialın icrası ilə əlaqədar olaraq Qobustan şəhər sakini X1 izahatının alınmasından ötrü onu 28 mart 2022-ci il tarixdə saat 16:40-da xidməti otağına dəvət etmişdir. Mirbaba Musayev xidməti otağında olan zaman cibindən mobil telefon çıxararaq gah musiqiyə qulaq asmış, gah da gələn zənglərə cavab verərək ona qarşı hörmətsizlik edərək iş fəaliyyətini pozurdu. X7 yazılan izahatı oxuyaraq ona müəyyən dəyişikliklər etməsini bildirmiş, o da Mirbabanın dediyi dəyişiklikləri etmişdir. Mirbaba Musayev izahatı oxuyaraq düzgün yazıldığını desə də, imza etməkdən imtina etmiş, ona qayınatası Pərvazın gəlməsini və Pərvazın izahatı oxumasını, sonra isə onun izahata imza edəcəyini demişdir. Bir neçə dəqiqədən sonra Şəxs sərxoş vəziyyətdə onun xidməti otağına daxil olmuş və yüksək səslə danışaraq onun iş fəaliyyətini pozmuşdur. Həmin vaxtı səsə polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Fərid Fətəliyev, cinayət axtarış bölməsinin rəisi Ağaşirin Nəsibbəyli, istintaq qrupunun müstəntiqi Şahbala Salmanov və növbətçi köməkçi Xəzər Quliyev gəlmişlər. Pərvaz Musayev Fərid Fətəliyevlə mübahisə etməyə başlamışdır. Mübhaisəyə qoşulan Mirbaba Musayev yüksək tonla danışaraq onun sözləri ilə yazılan izahatı əlinə alaraq nümayişkarcaşına əzərək iş masasının üstünə atmışdır. Mirbaba Musayev bu özbaşınalıq və saymamazlıq hərəkətləri ilə kifayətlənməyərək əl-qol hərəkətləri edərək rəis müavini Fərid Fətəliyevin üzərinə gəlmişdir. Mirbaba Musayevi və Şəxs nizamintizama dəvət etməklərinə baxmayaraq onlar qanuni tələbə tabe olmamışlar. Ona görə də barələrində protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid X6 izahat verərək göstərdi ki, Qobustan rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini işləyir. 28 mart 2022-ci il tarixdə saat 17 radələrində xidməti otağında olarkən İQ-un baş müstəntiqi X4 xidməti otağında səsküy gəldiyini eşidib ora yaxınlaşmış və Qobustan şəhər sakinləri X3 və onun qohumu Şəxs görmüşdür. Həmin şəxslər yüksək səslə nalayiq ifadələr işlədərək baş müstəntiqin iş fəaliyyətini pozduğunun şahidi olmuşdur. Həmin şəxsləri nizam-intizama dəvət etsələr də həmin şəxslər daha da yol verilməz hərəkətlər etməyə başlamışlar. Mirbaba Musayev baş müstəntiqin onun sözləri ilə izahat yazmış olduğu kağız parçasını nümayişkarcaşına əlinə götürüb əzərək masanın üzərinə atmışdır. Həmin zaman Mirbabanın qayınatası Şəxs içkili vəziyyətdə olduğu üçün ona və Həmzə Əzizova qarşı nalayiq ifadələr işlədib və onun üzərinə yeriməyə başlamışlar. Həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də heç bir məhəl qoymamışlar və onlara “sizinlə harada istəsəniz söhbət edərik və başınıza oyun açarıq”- demişlər. Ona görə də onların qanunsuz əməlləri ilə bağlı müstəntiq sənədləşmə aparmışdır. Məhkəmə iclasında şahid X2 izahat verərək göstərdi ki, Qobustan rayon polis şöbəsində CAB-in rəisi vəzifəsində çalışır. 28 mart 2022-ci il tarixdə saat 17 radələrində xidməti otağında olarkən İQ-un baş müstəntiqi X4 xidməti otağında səsküy gəldiyini eşidib ora yaxınlaşmış və Qobustan şəhər sakinləri X3 və onun qohumu Şəxs görmüşdür. Həmin şəxslər yüksək səslə şöbənin baş müstəntiqi Həmzə Əzizova qarşı nalayiq ifadələr işlədərək baş müstəntiqin iş fəaliyyətini pozduğunun şahidi olmuşdur. Həmin vaxtı şöbənin ƏİÜ rəis müavini Fərid Fətəliyev, onunla birlikdə müstəntiq Şahbala Salmanov və şöbənin növbətçi köməkçisi Xəzər Quliyev də səsküyə gəlmişlər. Həmin şəxsləri nizam-intizama dəvət etsələr də həmin şəxslər daha da yol verilməz hərəkətlər etməyə başlayaraq əl-qol hərəkətləri ilə nalayiq ifadələr işlətmişlər. X11 baş müstəntiqin onun sözləri ilə izahat yazmış olduğu kağız parçasını nümayişkarcaşına əlinə götürüb əzərək iş masasının üzərinə atmışdır. Həmin zaman Şəxs içkili vəziyyətdə olduğu üçün Mirbaba Musayevlə birlikdə onları nizam-intizama dəvət edən Fərid Fətəliyevin üzərinə yeriyərək əl-qol hərəkətləri nümayiş etdirərək “sizinlə harada istəsəniz söhbət edərik və başınıza oyun açarıq”- demişlər. Bundan sonra onların qanunsuz əməlləri ilə bağlı müvafiq sənədləşmə aparılmışdır. Qobustan rayon polis şöbəsinin 28 mart 2022-ci il tarixli inzibati qaydada tutma haqqında MN ******* saylı protokoldan görünür ki, Şəxs 28 mart 2022-ci il tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, əməlindən peşman olmasını və 28 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-68/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-68/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver