Məhkəmə qərarları › İş №3(026)-68/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-68/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-68/2023 02.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayonu Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 3, mənzil 16-da qeydiyyatda olan X4 barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X4 17 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə zəng edərək ölkə rəhbərliyinin ünvanına nalayiq ifadə işlətdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahatında göstərdi ki, əri Cavid Abdulaliyev hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. 17 yanvar 2023-cü il tarixdə yaşadığı Qobustan rayonunun Nabur kəndindəki evə Qobustan rayon icra və probasiya şöbəsindən Cavid Abdulaliyevin adına inzibati cərimə olduğu və həmin cərimənin ödənilməsi bildirilən məktub gəlmişdir. O da Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə zəng vuraraq ona köməklik göstərilməsini xahiş etmişdir. Ölkə rəhbərliyinin ünvanına nalayiq ifadə işlətməmişdir. Qobustan rayon polis şöbəsinin əməkdaşı X9 ifadə verərək göstərdi ki, Qobustan rayonunun Nabur kənd sakini X3 adına olan cərimənin ödənilməsi ilə əlaqədar Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X1 Abdulaliyevin evinə zəng vuraraq Cavidin cəriməsi olduğunu və həmin cərimənin ödənilməsini bildirdiyinə görə Cavidin arvadı X11 Abdulaliyevin hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə əsəbiləşərək Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə X4 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, himayəsində iki uşağının olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar