Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-69/2022 29.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1997-ci ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 28 mart 2022-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasının 3-cü mərtəbəsində istintaq qrupunun baş müstəntiqi X4 xidməti otağında səs-küy salaraq və etdiyi hərəkətlərə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 28 mart 2022-ci il tarixdə Qobustan rayon polis şöbəsinin istintaq qrupunun müstəntiqi X8 onu izahat vermək üçün polis şöbəsinə çağırmış, o da polis şöbəsinə gedərək İQ-un müstəntiqi Həmzə Əzizovun xidməti otağına girərək izahat vermişdir. Yazılan izahatın onun sözlərini əks etdirmədiyi üçün izahatın savadlı qohumu tərəfindən oxunmasını, sonra isə imza edəcəyini bildirmişdir. Həmin izahat kompüterdə yazılmışdır və həmin yazıları başa düşməmişdir. Bu səbəbdən də izahat yazılan vərəqi əzmişdir. Müstəntiq onun bu hərəkətinə etiraz etməyə başlamışdır. Bir az sonra qayınatası X2 ilə telefon əlaqəsi saxlamış və Pərvaz Mustafayev polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları Fərid Fətəliyev və Həmzə Əzizov onun yanında qayınatası Pərvaza qarşı alçaldıcı ifadələr işlətmiş və o polis əməkdaşlarına etirazını bildirmişdir. Bundan sonra Fərid Fətəliyev onun içəri atılmasına göstəriş vermişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid X8 izahat verərək göstərdi ki, Qobustan rayon polis şöbəsində İQ-un baş müstəntiqi işləyir. İcraatında olan HK1-61 nömrəli materialın icrası ilə əlaqədar olaraq Qobustan şəhər sakini Şəxs izahatının alınmasından ötrü onu 28 mart 2022-ci il tarixdə saat 16:40-da xidməti otağına dəvət etmişdir. Şəxs xidməti otağında olan zaman cibindən mobil telefon çıxararaq gah musiqiyə qulaq asmış, gah da gələn zənglərə cavab verərək ona qarşı hörmətsizlik edərək iş fəaliyyətini pozurdu. Sonradan Şəxs yazılan izahatı oxuyaraq ona müəyyən dəyişikliklər etməsini bildirmiş, o da Mirbabanın dediyi dəyişiklikləri etmişdir. Şəxs izahatı oxuyaraq düzgün yazıldığını desə də, imza etməkdən imtina etmiş, ona qayınatası Pərvazın gəlməsini və Pərvazın izahatı oxumasını, sonra isə onun izahata imza edəcəyini demişdir. Bir neçə dəqiqədən sonra Pərvaz Mustafayev sərxoş vəziyyətdə onun xidməti otağına daxil olmuş və yüksək səslə danışaraq onun iş fəaliyyətini pozmuşdur. Həmin vaxtı səsə polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Fərid Fətəliyev, cinayət axtarış bölməsinin rəisi Ağaşirin Nəsibbəyli, istintaq qrupunun müstəntiqi Şahbala Salmanov və növbətçi köməkçi Xəzər Quliyev gəlmişlər. Pərvaz Musayev Fərid Fətəliyevlə mübahisə etməyə başlamışdır. Mübhaisəyə qoşulan Şəxs yüksək tonla danışaraq onun sözləri ilə yazılan izahatı əlinə alaraq nümayişkarcaşına əzərək iş masasının üstünə atmışdır. Şəxs bu özbaşınalıq və saymamazlıq hərəkətləri ilə kifayətlənməyərək əl-qol hərəkətləri edərək rəis müavini Fərid Fətəliyevin üzərinə gəlmişdir. Şəxs və Pərvaz Mustafayevi nizam-intizama dəvət etməklərinə baxmayaraq onlar qanuni tələbə tabe olmamışlar. Ona görə də barələrində protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid X6 izahat verərək göstərdi ki, Qobustan rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini işləyir. 28 mart 2022-ci il tarixdə saat 17 radələrində xidməti otağında olarkən İQ-un baş müstəntiqi X4 xidməti otağında səsküy gəldiyini eşidib ora yaxınlaşmış və Qobustan şəhər sakinləri Şəxs və onun qohumu X1 görmüşdür. Həmin şəxslər yüksək səslə nalayiq ifadələr işlədərək baş müstəntiqin iş fəaliyyətini pozduğunun şahidi olmuşdur. Həmin şəxsləri nizam-intizama dəvət etsələr də həmin şəxslər daha da yol verilməz hərəkətlər etməyə başlamışlar. Şəxs baş müstəntiqin onun sözləri ilə izahat yazmış olduğu kağız parçasını nümayişkarcaşına əlinə götürüb əzərək masanın üzərinə atmışdır. Həmin zaman Mirbabanın qayınatası Pərvaz Mustafayev içkili vəziyyətdə olduğu üçün ona və Həmzə Əzizova qarşı nalayiq ifadələr işlədib və onun üzərinə yeriməyə başlamışlar. Həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də heç bir məhəl qoymamışlar və onlara “sizinlə harada istəsəniz söhbət edərik və başınıza oyun açarıq”- demişlər. Ona görə də onların qanunsuz əməlləri ilə bağlı müstəntiq sənədləşmə aparmışdır. Məhkəmə iclasında şahid X3 izahat verərək göstərdi ki, Qobustan rayon polis şöbəsində CAB-in rəisi vəzifəsində çalışır. 28 mart 2022-ci il tarixdə saat 17 radələrində xidməti otağında olarkən İQ-un baş müstəntiqi X4 xidməti otağında səsküy gəldiyini eşidib ora yaxınlaşmış və Qobustan şəhər sakinləri Şəxs və onun qohumu X1 görmüşdür. Həmin şəxslər yüksək səslə şöbənin baş müstəntiqi Həmzə Əzizova qarşı nalayiq ifadələr işlədərək baş müstəntiqin iş fəaliyyətini pozduğunun şahidi olmuşdur. Həmin vaxtı şöbənin ƏİÜ rəis müavini Fərid Fətəliyev, onunla birlikdə müstəntiq Şahbala Salmanov və şöbənin növbətçi köməkçisi Xəzər Quliyev də səsküyə gəlmişlər. Həmin şəxsləri nizam-intizama dəvət etsələr də həmin şəxslər daha da yol verilməz hərəkətlər etməyə başlayaraq əl-qol hərəkətləri ilə nalayiq ifadələr işlətmişlər. Hətta Şəxs baş müstəntiqin onun sözləri ilə izahat yazmış olduğu kağız parçasını nümayişkarcaşına əlinə götürüb əzərək iş masasının üzərinə atmışdır. Həmin zaman Pərvaz Mustafayev içkili vəziyyətdə olduğu üçün Şəxslə birlikdə onları nizam-intizama dəvət edən Fərid Fətəliyevin üzərinə yeriyərək əl-qol hərəkətləri nümayiş etdirərək “sizinlə harada istəsəniz söhbət edərik və başınıza oyun açarıq” demişlər. Bundan sonra onların qanunsuz əməlləri ilə bağlı müvafiq sənədləşmə aparılmışdır. Qobustan rayon polis şöbəsinin 28 mart 2022-ci il tarixli inzibati qaydada tutma haqqında MN ******* saylı protokoldan görünür ki, Şəxs 28 mart 2022-ci il tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, əməlindən peşman olmasını və 28 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-69/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-69/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver