Məhkəmə qərarları › İş №3(026)-69/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-69/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-69/2024 27.03.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Təklə-Mirzəbaba kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən X3 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 27 mart 2024-cü il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 2(026)-270/2019 saylı 18 oktyabr 2019-cu il tarixli icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X7 bildirdi ki, Qobustan rayon məhkəməsi tərəfindən verilmiş 2(026)-270/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən 23 iyul 2007-ci il tarixdə anadan olmuş X6 və 14 mart 2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2019-cu il tarixdən başlayaraq Şəxs Xanhüseyn oğlundan hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 6520 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsi tərəfindən verilmiş 2(026)-270/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən ondan 23 iyul 2007-ci il tarixdə anadan olmuş X6 və 14 mart 2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 6520 manat aliment borcu yaranmışdır. İşləmədiyi üçün alimenti ödəməyə maddi imkanı yoxdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsi tərəfindən verilmiş 2(026)-270/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli icra sənədinndən görünür ki, 23 iyul 2007-ci il tarixdə anadan olmuş X6 və 14 mart 2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 20 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. Qobustan rayon icra və probasiya şöbəsinin 16 fevral 224-cü il tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 27 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar