Məhkəmə qərarları › İş №3(026)-75/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-75/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-75/2022 31.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6, 332.1, 332.4 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Qobustan rayonunun Nabur kənd sakini Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6, 332.1, 332.4 və 339.1-1-ci maddələri ilə inzibati xəta törətməsi barədə 27 mart 2022-ci il tarixli MN ******* saylı protokol daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Qobustan rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 27 mart 2022-ci il tarixli MN ******* saylı protokol düzgün tərtib olunmadığı üçün və natamam olduğundan işə baxılarkən tamamlanmaq mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, avtomobil qəzası nəticəsində bədən xəsarətlərinin olub-olmaması və zərərçəkmiş şəxsə maddi zərər vurulması göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Qobustan rayon polis şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş MN ******* saylı 27 mart 2022-ci il tarixli protokol və əlavə olunmuş sənədlər Qobustan rayon polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 268-ci maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Qobustan rayon polis şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş MN ******* saylı 27 mart 2022-ci il tarixli protokol və əlavə olunmuş sənədlər Qobustan rayon polis şöbəsinə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar