Məhkəmə qərarları › İş №3(026)-79/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-79/2021

07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-79/2021 07.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxx 1967-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə yaşadığı Qobustan şəhərində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan şəhərində yaşayır. Qobustan şəhərinin “Son” adlanan ərazisində Neftçaladan ot satmaq üçün gələn şəxslərin yanında durub onlara ot satmaqda köməklik göstərir və bunun müqabilində ona da pul verirlər. xx xxxx 2021ci il tarixdə yenə də “Son” adlanan ərazidə olarkən polis əməkdaşları onlara yaxınlaşıb pul istədiklərinə görə sərxoş olduğundan nə etdiyini bilməyib DİN-in 102 xidmətinə zəng vurmuşdur. Heç kimi söyməmiş və təhqir etməmişdir. Məhkəmə iclasında X4 izahatında bildirdi ki, Qobustan rayon polis şöbəsində işləyir. xx xxxx 2021-ci il tarixdə polis əməkdaşı X1 ilə Qobustan rayonunun “Son” adlanan ərazisində xidmətdə olan zaman X3 Feyruz Məhəmməd oğluna yanında olan şəxslərlə ara məsafəsi saxlamasını bildirmiş, Feyruz nalayiq söyüşlər söyərək onların qanuni tələblərinə tabe olmamışdır. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında X1 izahatında bildirdi ki, Qobustan rayon polis şöbəsində işləyir. xx xxxx 2021-ci il tarixdə polis əməkdaşı X4 ilə Qobustan rayonunun “Son” adlanan ərazisində xidmətdə olan zaman Şəxs Məhəmməd oğluna yanında olan şəxslərlə ara məsafəsi saxlamasını bildirmiş, Feyruz nalayiq söyüşlərlə söyərək onların qanuni tələblərinə tabe olmamışdır. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə olmuşdur. Şəxs barəsində qanuni tədbir görülməsi üçün onu Qobustan rayon polis şöbəsinə dəvət etmişlər. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında Qobustan rayon mərkəzi xəstəxanası X5 verdiyi xx xxxx 2021-ci il tarixli 298 saylı aktdan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və polis əməkdaşlarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar