Məhkəmə qərarları › İş №3(026)-79/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-79/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-79/2022 31.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx xxxxxxxx 1998-ci ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatda olan X4 barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X4 25 mart 2022-ci il tarixdə Qobustan şəhərinin “SON” adlanan ərazisində X5 ilə edərək onu söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək göstərdi ki, 25 marit 2022-ci il tarixdə atasının işi ilə bağlı Qobustan rayonunun “SON” adlanan ərazisinə süd-qatıq almağa getmişdir. Həmin ərazidə ət mağazası işlədən Saleh adlı şəxs ona yaxınlaşaraq “atanın bura 12 manat borcu var”- demişdir. O, da Salehə atasına deyəcəyini dedikdə isə Saleh ona “sən demə özüm yaxasından tutub alacam” dediyinə görə Salehə “onu edə bilməyəcəksən”- deyərək işlədiyi yerə qayıtmışdır. Bundan sonra məsələni həll etmək üçün yenidən Salehin yanına qayıtmış, Saleh də DİN-in 102 xidmətinə zəng vuraraq ondan şikayət etmişdir. Saleh Səfərovdan üzr istəyir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, 25 mart 2022-ci il tarixdə Qobustan şəhərinin “SON” adlanan ərazisində işlətdiyi ət mağazasında olarkən X1 görüb ona atası Bəxtiyarın 6 il bundan əvvəl ona 12 manat borcu olduğu və həmin borcu qaytarması üçün Bəxtiyara deməsini bildirmişdir. Hamlet Azərbaycanın milli pulu olan 20 manatı yerə ataraq, ona başına oyun açacağam deyərək onu təhqir edib çıxıb getmişdir. Bir az sonra yenidən mağazaya gələrək onu söyüb təhqir etdiyinə görə DİN-in 102 xidmətinə zəng vuraraq Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə X4 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar