Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-80/2021 07.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Etibar oğlunun iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Qobustan rayonunun Təsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təsi kəndində yaşayan Şəxs Etibar oğlu barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Etibar oğlunun Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs Etibar oğlunun xx xxxxx 2021-ci il tarixdə Qobustan rayonunu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Etibar oğlu izahatında bildirdi ki, Qobustan rayonunun Təsi kəndində yaşayır. Heç bir yerdə işləmir və himayəsində üç nəfər uşağı vardır. Maddi imkanı olmadığından ailəsinin dolanışığını təmin etmək üçün Qobustan rayonunun “Acıdırə” adlanan ərazisində, Bakı-Şamaxı yolunun kənarında qanqal satır. xx xxxxx 2021-ci il tarixdə yolun kənarında atası Etibar Mustafayevlə dayanıb qanqal satan zaman polis əməkdaşı onlara yaxınlaşaraq qanunsuz küçə ticarəti ilə məşğul olduqlarını deyib sənəd təqdim etmələrini onlara bildirdilər. Polisin qanuni tələbinə tabe olmayaraq işini davam etdirmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Məhkəmə iclasında X4 izahatında göstərdi ki, Qobustan rayon polis şöbəsində işləyir, xx xxxxx 2021-ci il tarixdə xidmətdə olarkən Qobustan rayonunun “Acıdərə” adlanan ərazisində küçə ticarəti ilə məşğul olan Şəxs Etibar oğlu, X2 və X1 yaxınlaşaraq qanunsuz küçə ticarəti ilə məşğul olduqlarına görə onlara iradını bildirərək sənədlərini təqdim etmələrini onlardan xahiş etmişdir. Şəxs Etibar oğlu qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Etibar oğlunun və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, N.E. Mustafayev Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs Etibar oğluna inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs Etibar oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Etibar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə təqsirli bilinib 200 manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-80/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-80/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver