Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-80/2024 28.03.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Yekəxana kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 28 mart 2024-cü il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 2(026)-37/2015 saylı 06 fevral 2015-ci il tarixli icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X5 bildirdi ki, Qobustan rayon məhkəməsi tərəfindən verilmiş 2(026)-37/2015 saylı 06 fevral 2015-ci il tarixli icra sənədlərinə əsasən 15 mart 2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 yanvar 2015-ci il tarixdən başalayaraq Şəxs hər ay 108 manat sabit pul məbləğində aliment alınıb X1 verilməsinə dair icra vərəqəsi və Qobustan rayon məhkəməsi tərəfindən verilmiş 2(026)-898/2016 saylı 15 sentyabr 2016-cı il tarixli icra sənədlərinə əsasən isə 20 may 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 117 manat sabit pul məbləğində aliment alınıb X1 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 10630 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 2(026)-37/2015 saylı 06 fevral 2015-ci il tarixli icra sənədlərinə əsasən 15 mart 2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 108 manat sabit pul məbləğində aliment alınıb X1 verilməsi və Qobustan rayon məhkəməsinin 2(026)-898/2016 saylı 15 sentyabr 2016-cı il tarixli icra sənədlərinə əsasən isə 20 may 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 117 manat sabit pul məbləğində aliment alınıb X1 verilməsinə dair icra vərəqəsi üzrə aliment məbləğini maddi imkanı olmadığı üçün ödəyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, uzun müddət aliment borcunu ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsi tərəfindən verilmiş 2(026)-37/2015 saylı 06 fevral 2015-ci il tarixli icra sənədindən görünür ki, 15 mart 2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 yanvar 2015-ci il tarixdən başalayaraq Şəxs hər ay 108 manat sabit pul məbləğində aliment alınıb X1 verilməsi qət edilmişdir. Qobustan rayon məhkəməsinin 2(026)-898/2016 saylı 15 sentyabr 2016-cı il tarixli icra sənədindən görünür ki, 20 may 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 117 manat sabit pul məbləğində aliment alınıb X1 verilməsi qət edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-80/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-80/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver