Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-82/2021 09.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X6 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Qobustan rayonunun Nabur kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə xx xxxxx 2021-ci il tarixli, MN ******* saylı protokol daxil olmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin Təhqiqat Qrupunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, xx xxxx 2021-ci il tarixdə Qobustan rayonunun Nabur kənd sakini X13 Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək Qobustan şəhəri “Son” adlanan ərazidə tanımadığı şəxslərin onu döyməsi bargə məlumat vermişdir. Araşdırma zamanı xx xxxx 2021-ci il tarixdə Qobustan rayonun Nabur kənd sakini X13 ərizə ilə Qobustan RPŞ-nə ərizə ilə müraciət edərək qohumları Tural, Təhmiraz və Ramin Zahidovların onu döyməsini göstərmişdir. Şəxs izahatında göstərdi ki, xx xxxx 2021-ci il tarixdə saat 22-radələrində o, Qobustan şəhərində “son” adlanan ərazidə yerləşən Vüqar adlı şəxsin kafesində qardaşı Tural və əmisi oğlu Raminlə pivə içdikləri vaxt onların yanına dayısı oğlu Amil gəlmiş və Amil onlarla bir masada oturub pivə içdikdən sonra Amil sərxoş olub onlarla mübahisə etmişdir. Mübahisə zamanı Amil onları hədələyib söymüşdür. Ona görə də Amili əmisi oğlu Ramin kafedən məcburi olaraq çıxarmış, lakin həmin vaxt nə o,nə Ramin nə də qardaşı Tural Amili döyməmişlər. Amil onlardan şikayət etdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlib onları polisə dəvət etdikdə o, polisin qanunu tələbinə məhəl qoymamışdır. X13 izahatında göstərdi ki, xx xxxx 2021-ci il tarixdə saat 22-radələrində Qobustan şəhərində “son” adlanan ərazidə yerləşən Vüqar adlı şəxsin kafesində bibisi oğlanları Tural və Təhmiraz, həmçinin tanıdığı Raminlə birgə pivə içdiklərəri zaman aralarında mübahisə yaranmışdır. Həmin vaxt Tural, Təhmiraz və Ramin onu döymüşlər. Tural, Təhmiraz və Ramin onu kafedən məcburi çıxardan zaman əynində olan qış gödəkcəsinin qolunu sökmüşlər. X18 izahatında göstərdi ki, xx xxxx 2021-ci il tarixdə saat 22-radələrində o, Qobustan şəhərində “son” adlanan ərazidə yerləşən Vüqar adlı şəxsin kafesində Tural və Təhmirazla oturub pivə içdikləri vaxt onların yanına qohumlarıı Amil gəlmiş və Amil onlarla bir masada oturub pivə içmişdir. Sonradan Amil sərxoş olub onlarla mübahisə yaratmış və mübahisə zamanı onları hədələyib söymüşdür. Ona görə də o, Amili kafedən məcburi olaraq həyətə çıxartmış, lakin həmin vaxt nə o, nə Təhmiraz, nə də Tural Amili döyməmişlər. Lakin o Amili kafedən çıxardarkən onun günahından Amilin qış gödəkcəsinin sol qol hissəsi sökülmüşdür. Amil onlardan şikayət etdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlib onları polis şöbəsinə dəvət etdikdə o ilkin olaraq polisin qanunu tələbinə məhəl qoymamışdır. Maşında oturduğu vaxt polis əməkdaşı Raul onu təpiklə vurmuşdur. X19 izahatında göstərdi ki, Qobustan RPŞ-nin PPXT-nın polis nəfəri vəzifəsində işləyir. xx xxxx 2021 -ci il tarixdə xidmətdə olduğu vaxt polis şöbəsinin növbətçi hissəsindən onlara Qobustan şəhərinin “Son “adlanan sahəsində yerləşən Vüqar adlı şəxsin kafesində Amil adlı şəxsin döyülməsi barədə məlumat verildiyinə görə həmin yerə postaçı yoldaşları olan Ceyhun və Turala birgə gedərək orada olan və Amil adlı şəxsi döyən şəxsləri polis şöbəsinə dəvət etdikdə Tural, Təhmiraz və Ramin adlı şəxslər onların polisə getməsi tələbinə məhəl qoymamışlar. Həmin şəxslərin sərxoş olduqlarını bilib ona görə də həmin şəxsləri polis şöbəsinə gətirmişlər. Ramin adlı şəxsi döyməmiş və ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Qobustan rayon polis şöbəsinin təhqiqatçısının cinayət işinin başlanması rədd edilməsi barədə xx xxxx 2021-ci il tarixli qərarında X7, X17 və X18 X1 sərxoş vəziyyətdə onları söydüyü və hədələdiyi barədə izahat verdikləri, münaqişənin yarandığı kafeni işlədən X5, habelə həmin vaxtı kafedə olmuş X4 izahatlarında Amilin Tural, Təhmiraz və Ramini söydüyü və hədələdiyini təsdiq etmələri göstərilmişdir. Lakin bu xüsusata heç bir hüquqi qiymət verilməmişdir. Həmçinin qeyd olunan qərarda polis nəfəri X9 “SON” adlanan əraziyə Vüqar adlı şəxsin kafedə Amil adlı şəxsin döyülməsi barədə rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat verməsi barədə izahat verdiyi göstərilmiş, həmin xüsusatlar tam araşdırılmamış, hadisə yerində olan şəxslərin dairəsi müəyyən edilərək dindirilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda xx xxxx 2021-ci il tarixdə X13 və X10 ağır dərəcəli, Şəxs və X8 orta dərəcəli sərxoş olmaları qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi X6 Şəxs, X17 və X18 tərəfindən döyülməsi xüsusatı, X6 Təhmiraz, Tural və Ramin Zahidovları söyməsi və hədələməsi xüsusatı, habelə adları göstərilən şəxslərin polis işçilərinin qanuni tələblərinə tabe olmamaları, onlar tərəfindən polis işçilərinə zor tətbiq edilməsi, həmçinin polis nəfəri tərəfindən Ramin Zaidovun vurulması barədə xüsusat tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə hesab edir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi, özgənin ənlakını zədələməsi kimi, xidməti vəzifələrini yerinə yetirən polis işçilərinə zor tətbiq edilməsi kimi əməllərin qeyd olunan şəxslər tərəfindən törədilibtörədilməməsi tam və hərtərəfli aydınlaşdırılmamış və hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qobustan rayonunun “Son” adlanan ərazisindəki kafedə X6 X11, Şəxs və Zaidov Ramin Şahbaz oğlunu söyməsi və hədələməsi, habelə qeyd olunan üç nəfər şəxsin qrup halında Mayılov Amili kafedə və ya küçədə döymələri ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, gödəkçəsinin cırılması vətəndaş üzərində zor tətbiq edilməsi kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, X18 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, əməldə cinayət əlaməti olduğuna görə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə material Qobustan rayon prokurorluğuna göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında xx xxxxx 2021-ci il tarixli MN ******* saylı protokol üzrə inzibati material Qobustan rayon prokurorluğuna göndərilsin. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-82/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-82/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver