Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-84/2025 07.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxx 1990-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonunda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 07 mart 2025-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, Şəxs Qobustan Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 2(026)-93/2024 saylı icra sənədinə əsasən iki uşağın saxlanılması üçün cəmi 340 manat aliment pulu Şəxs tutularaq A.H.Qayibovaya ödənilməlidir. Lakin borclu Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və yığılmış aliment borcunu ödəməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Qobustan Rayon Məhkəməsinin 2(026)- 93/2024 saylı, 18 dekabr 2024-cü il tarixli icra sənədi 19 dekabr 2024-cü il tarixində Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və həmin gün də icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədi üzrə tərəflərin birgə nikahlarından doğulmuş 23 yanvar 2018-ci il təvəllüdlü X2 və 02 iyun 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 dekabr 2023-cü il tarixdən hesablanmaqla Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İcra sənədi üzrə icraata başlandıqdan sonra tərəflərə məlumat verilmiş, onlara bildiriş göndərilmişdir. Borclu şöbəyə dəvət olunsa da, gəlməmişdir. Bundan sonra bir neçə dəfə telefonla əlaqə saxlanılsa da, sonradan telefona da cavab verməmişdir. O, həmin vaxt borcluya 4000 manatdan artıq aliment borcunun olduğunu bildirmiş, borclu isə işləmədiyinə görə həmin məbləği ödəyə bilmədiyini, amma onu ödəcəyini qeyd etmişdir. Buna görə də ona vaxt verilmişdir. Lakin borclu 4760 manat olan aliment borcundan indiyədək heç bir ödəniş etməmişdir. O, 05 mart 2025-ci ildə də şöbəyə dəvət olunmuş, şöbədə ona 1 gün də vaxt verilməsini xahiş etmiş, hardansa pul tapıb ödəniş edəcəyini bildirmişdir. Lakin yenə də hər hansı bir ödəniş edilməmiş, borclu ona vaxt verilərsə, işləyib borcu ödəyəcəyini bildirmişdir. Qeyd edilənlərə görə onun barəsində hazırkı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, Abşeron rayonunun Qobu kəndində yaşayır. O, fərdi əməklə məşğul olur və avtoyuma məntəqəsində işləyir. Qış aylarında işləri zəif olur deyə aliment borcunu ödəyə bilməmişdir. Ancaq ona vaxt verilsə, o işləyib aliment borcundan ödəyə biləcəkdir. Ona görə də xahiş edir ki, ona aliment borcunu ödəyə bilməsi üçün vaxt verilsin və məhkəmə iclası təxirə salınsın, əks təqdirdə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil əgər mümkündürsə, Şəxs aliment borcunu ödəyə bilməsi üçün vaxt verilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli, 2(026)-93/2024 saylı icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 23 yanvar 2018-ci il təvəllüdlü X2 və 02 iyun 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 dekabr 2023-cü il tarixdən hesablanmaqla cavabdeh Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməlidir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 19 dekabr 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin 2(026)- 93/2024 saylı, 18 dekabr 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, xəbərdarlıq məktubu göndərilmiş, iki dəfə yazılı izahatı alınmış, onun tərəfindən iltizam imzalanmışdır. Qeyd edilənlərə baxmayaraq, Şəxs tərəfindən hər hansı aliment ödənişi edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 07 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 06 (altı) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-84/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-84/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver